
Bəzi qoşmalar başqa nitg hissələri ilə ortaq sözlərdən ibarətdir. Bunlar aşağıdakılardır:
- Tərəf – İsim və qoşma kimi işlənir. Məssələn, Hər tərəf (isim) aydınlıq içində idi. Qadın maşına tərəf (qoşma)gedirdi.
- Qarşı, qeyri, əlavə, özgə, başqa – Sifət və qoşma kimi işlənir. Məsələn, Qarşı (sifət) tərəf susmuşdu. Sənə qarşı(qoşma) ürəyimdə kin yoxdur.
- Tək, doğru, qabaq – Sifət, zərf və qoşma kimi işlənir. Məsələn, Tək(zərf) oturmaq istəmirdi. Müəllim onu tək (sifət) ayağı üstündə saxlatmışdı. O, sənin tək (qoşma) mehriban idi.
- Sonra, əvvəl, bəri – Zərf və qoşma kimi işlənir. Məsələn, Bir müddət sonra (zərf) sən səhvini anlayacaqsan. Səndən sonra (qoşma) onun üzü gülməmişdi.
- Sarı – Fel, sifət və qoşma kimi işlənir. Məsələn, Həkim yaranı sarımışdı (fel). Sarı (sifət) gülləri çox sevir. Elşən evə sarı (qoşma) tələsirdi.
- Kimi – Qeyri- müəyyən əvəzlik və qoşma kimi işlənir. Məssələn, Kimi (qeyri – müəyyən əvəzlik) əziyyət çəkir, kimi kef çəkir. Sənin kimi (qoşma) mehriban insan tanımıram.
Üçün, ötrü, savayı, görə, -dək, -can2, haqqında, haqda, barəsində, barədə yalnız qoşma kimi işlənə bilən sözlərdir.