Print

Bağlayıcı. Azərbaycan dili

3 Bəyənmə Şərh yazmaq

Sadə cümlələrdə həmcins üzvlər, mürəkkəb cümlələrdə onu əmələ gətirən sadə cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi bağlayıcı adlanır.

Bağlayıcılar sintaktik vəzifələrinə görə tabesizliktabelilik bağlayıcılarına bölünür. Tabesizlik bağlayıcıları  sade cümləni həmcins üzvlərini və tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri əlaqələndirməklə yanaşı, onlar arasında müxtəlif məna münasibətlərini də ifadə edir. 

Tabesizlik bağlayıcılarının mənaca aşağıdakı növləri vardır:

1 Birləşdirmə bağlayıcıları: və, ilə (-la). Məsələn, Onun oxumaq və yazmağa çox böyük həvəsi vardı. Orxanla Rəşad  gördükləri işdən məmnun idilər.

bağlayıcısı həm sadə cümlənin həmcins üzvlərini, həm də tabesiz mürəkkəb cümlənin tərəflərini bir- birinə bağlayır. Məsələn, Biz olimpiadada qalib gəldık və müəlllimlərimiz bu qalibiyyətimizə çox sevindi ( tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənmişdır). Hüseyn və Uğur qardaşdırlar

İlə (-la) bağlayıcısı isə yalnız sadə cümlənin həmcins üzvlərini bir – birinə bağlayır. Məsələn, Sənlə mən bu işin öhdəsindən gələ bilərik. Kitabla dəftəri stolun üzərindən götür.

İlə bağlayıcısıvə  ilə qoşması omonimdir. Bunları birbirindən fərqləndirmək üçün bilmək lazımdır ki, və bağlayıcısı həmişə ilə bağlayıcısının yerində işlənə bilir. İlə bağlayıcısını vergüllə də əvəz etmək mümkündür,  yəni bu bağlayıcının yerində vergül də işlənə bilər. Məsələn, Xeyir ilə şər qardaşdır. İlə qoşmasını isə və bağlayıcısı ilə əvəz  etmək olmur. Məsələn, Sabah səninlə görüşməliyəm.

Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət, halbuki, isə. Bu bağlayıcılar iki zidd anlayışı bildirir. Məsələn, Mən də iştəyirdim, amma getməyəcəm. Guya ki əhvalatı bilmirsən, halbuki hər şeydən xəbərdarsan. Mən ərəbəm, ancaq həqiqəti dana bilmərəm.

Amma, ancaq, lakin, halbuki bağlayıcılarından əvvəl vergül qoyulur.

Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, gah, gah da, gah da ki, və ya, yaxud, və yaxud, istər, istərsə də və s. Məsələn, Gah yeriyirdik, gah dayanırdıq. Ya dərsi diqqətlə dinlə, ya dda sinifdən çıx. İstər gənclərin, istərsə də yaşlıların bu mövzuya böyük həvəsi vardı.

Cqmlədə təkrar olunan gah, ya  bağlayıcılarının ikinci hissəsindən əvvəl vergül qoyulur.

İştirak bağlayıcıları: həm, həm də, həm də ki, da, də, həmçinin, habelə, o cümlədən, hətta, o sıradan və s. Məsələn, İnsanın həm zahiri, həm daxili gözəl olmalıdır. Hamı, hətta Sevinc də gəlmişdi. Günel də, Ülviyyə də sevinirdi. Bizdə Banuçiçək adı da var. İclasda şairlər, yazıçılar, müəllimlər, habelə tələbələr də iştirak edirdilər. Cümlədə təkrar olunan həm bağlayıcısının ikinci hissəsindən əvvəl, da də  bağlayıcısından sonra vergül qoyulur. Cümlənin içərisində olan hətta, habelə, həmçinin, o cümlədən bağlayıcısndan əvvəl vergül işlənir.

Qeyd: İsmin yerkik hal şəkilçisi olan – da2 ilə da, də bağlayəcəsə oxşardır. İsmin yerlik hal şəkilçisi olan – da sözlərə bitişik yazılır, vurğulu olur. Məsələn, məndə, kitabda, otaqda, həyətdə və s. Da, də bağlayıcısı isə vurğusuz olur və ayrı yazılır.

İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki və s. Məsələn, Nə dərsi dinləyirsən,  nə də sakit otumursan. Nə yazırsan, nə də ki, oxuyursan. Nə qürbət var, nə həsrət var. Bu bağlayıcıların işləndiyi cümlələrin xəbəri çox vaxt təsdiqdə olur. Bəzən isə inkarda da işlədilə bilir. Cümlədə təkrar olunan nə bağlayıcısının ikinci hissəsindən əvvəl vergül qoyulur.

Aydınlaşdırma bağlayəcəları: yəni, yəni ki, məsələn.

Məsələn, Mən tedbirdə rəfiqəmlə, yəni Günəllə birgə idim. Biz xeyli adamı, məsələn, Sevinci, Mehribanı, Elşəni gözləməli idik.

Yəni bağlayıcısından əvvəl vergül qoyulur.

Tabelilik bağlayıcıları tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir və onların arasında  müxtəlif məna münasibətlərini ifadə edir.

Tabelilik bağlayıcılarının mənaca aşağıdakı növləri vardır:

Səbəb bağlayıcıları: çünki, ona görə ki, ona göre də, ondan ötrü ki, buna görə də, buna görə ki, ona görədirr ki, bundan ötrüdür ki, odur ki, o səbəbə ki, o səbəbdən ki və s. Məsələn, İlham iclasdan tez  getdi, çünki tecili işi xardı. Əli sevinirdi, ona görə ki oyunda qalib gəlmişdi.

Bu bağlayıcılar ancaq səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq cümləni  ba. cümləyə bağlayır. Çünki, ona görə ki, ona görə də, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur.

Şərt bağlayıcıları: əgər, yoxsa, hərgah, madam, madam ki, bir halda  ki, indi ki və s. Məsələn, Madam ki, belədir, gəlin gedək. Əgər gəlməsən, səni bağışlamıyacam. Bir halda  ki, istəmir, məcbur etməyin. Yaxşı oxu, yoxsa qiymət ala bilməyəcəksən.

Bu bağlayıcılar şərt budaq cümləli tabəli mürəkkəb cümlənin tərkib hissələri arasında əlaqə yaradır.

Cümlənin içərisində olan yoxsa bağlayıcısından əvvəl vergül qoyulur. Əgər, madam, hərgah, indi ki, bir halda ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Güzəşt bağlayıcılarə: herçend,nherçənd ki, baxmayaraq ki və s. Məsələn, Hərçənd ki, istəmir, sən yenə də təklif edərsən. Hərçənd ki, gəlməyəcək, yenə deməyimiz lazımdır. Bu bağlayıcılar qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlənin təribində işlənir.

Hərçənd, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur.

Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məsələn, Bəş ildən artıqdır ki, mən burada çalışıram. Çalışmağımız  bir nəticə verdi, belə ki, bir nəfər də narazı getmədi.

Qeyd ki  bağlayıcısı ilə sifət düzəldən – ki4 şəkəlçisi oxşardır. Sifət düzəldən – ki4 ahəng qanununa görə dörd cür yazılır və daha çox zaman bildirən sözlere  artırılır, bitişik yazılır. Məsələn, bugünkü, sabahkı,  səhərki və s. Bu şəkilçi yiyəlik halda olan əvəzlıklərə də artırılır. Məsələn, mənimki, səninki, onlarınkı və s.

Ki bağlayıcısı isə həmişə mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir- birinə bağlayır, ayrı yazılır və özundən sonra vergül qoyulur.

Ki, belə ki bağlayıcısından sonra vergül qoyulur.

Bağlayıcıların quruluşu. Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur. Sadə bağlayıcılar  bir sözdə ibarət olur.

Ki, və, nə, ya, da, də, həm, əgər, hetta, gah, amma, ancaq, lakin, hərçənd, guya, çünki və s. sadə bağlayıcılardır. Mürəkkəb bağlayıcılar sadə bağlayıcıların müxtəlif sözlərə bitişdirilməsi yolu ilə əmələ gəlir. Bu bağlayıcılar sayca azlıq təşkil edir və bitişik yazılır. Məsələn: halbuki, hərgah, habelə və s. Dilimizdə bağlayıcıların böyük qismi tərkibi bağlayıcılardır. Tətkibi bağlayıcılar ən azı iki sözdən əmələ gəlir və ayrı yazılır. Məsələn, ondan ötrü ki, ona görə ki, ya da, belə ki, həm də, madam ki, və yaxud, istərsə də və s.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: