
Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi ədat adlanır.
Ədatlar söz və ya cümlələri qüvvətləndirməyə xidmət etdiyi üçün onları işləndiyi cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna müəyyən qədər zəifləyə bilər.
Ədatların aşağıdakı məna növləri vardır.
- Qüvvətləndirici ədatlar: ən, lap, daha, axı, nə, belə, artıq, da, də, necə, hətta, ha, ki, –ca2 və s. Məsələn, Axı mənim günahım yoxdur. Siz lap həddinizi aşdınız. Mən daha qayıtmayacağam. Hətta sənin də olanlardan xəbərin yoxdur. Sən gələndə artıq gec idi. Yaxşı da, daha məni öldürməyəcəksən ki.
- –ca2 ədatı sözlərə bitişik yazılır. Dəqiqləşdirici ədatlar: əsl, elə, belə, məhz. Məsələn, Bu əsl biz deyəndir. Elə mən də bunu bilmək istəyirəm. Bu işi məhz sən bacara bilərsən.
- Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, tək, təkcə, bir, bircə və s. Məsələn, Mən tək səni nəzərdə tutmuram. O ancaq bunu bacarır. Bircə Aysel vaxtında gəlib çıxdı. Bu işi yalnız sənə etibar edə bilrəm. Bəs, məgər ədatları bir-birinin sinonimidir.
- Sual ədatları: bəs, məgər, yəni, mı4 və s. Məsələn, Bəs ona niyə deməmisən? Məgər sənə bu işi tapşırmışdıq? Bunu sən edə bilərdinmi? Yəni doğurdan, bu işi bacarmırsan? Sual ədatı işlənən cümlənin sonunda sual işarəsi qoyulur. -mı4
- Əmr ədatları: qoy, qoyun, qoysana, gəl, gəlin, gəlsənə, gör, görün, di, ha, -sana2 , bax və s. Məsələn, Qoy bir az dincəlim. Görün bu nə işlə məşğuldur.
- -sana2 ədatı sözlərə bitişik yazılır. Arzu ədatları: kaş, kaş, ki, barı, təki, gərək və s. Məsələn, Kaş sənin kimi cavan olaydım. Barı sən belə demə. Gərək sən onu seçməyəydin. Kaş ki onu görəydim. Təki sən gələsən.
- Təsdiq və inkar ədatları: bəli, xeyr, hə, yox, heç, heç də və s. Məsələn, Bəli, mən istədiyimə nail oldum. Xeyr, mən bunu bacarmayacam. Hə, Sən bu gün çox işləmisən. Yox, söylədiklərinin heç biri doğru deyil.
Ədatlardan sonra prinsipə görə vergül qoylmur. Lakin təsdiq və inkar ədatlarından sonra intonasiyanın tələbinə görə vergül qoyulur.
7ci sinifəm və bu sayt mənə görə çox yaxşı oldu.Təşəkkür edirəm
Bebebebebebebebebebebbe
Bebbebebbebbebebbebebbebebebbebebbebebbebebeb
Həə məndə 7. Sinifəm 😀
NAPIM
Məndə 7 yem
Salam👎🖓😂😂😂😂😂🙉🙈🙊🙈🙉🙊🙊🙉🙈💏💏💏
ala nolub e sene
Superdir
Yaxşı ki qoymusunuz
Ədat köməçisinə ehtiyacım var idi.Çox sağ olun qoymusunuz.
Çox sağolun
Əlaaaaa
Əlllllaaaaaaaa
Çox sağolun 👍🏻🇦🇿
Hello
Çox sağolun
Çox sağolun
“Ki” ədatı cümlənin sonunda gəldikdə sual ədatı olur.Sizin yazdığınız cümlədə “ki” ədatı cümlənin sonunda gəlir ama siz o cümləni “qüvvətləndirici” ədatlara aid cümlələrin içərisinə yazmısınız🤔
Çox sağ olun faydalı oldu🤍
o qeder hansı nifq hissesidir?