
Ədatların bəziləri başqa nitq hissələri kimi işlənməsinə görə qrammatik omonim ola bilir. Bu zaman həmin sözün hansı nitq hissəsi olduğunu müəyyənləşdirmək üçün onun cümlədəki məna və vəzifəsinə fikir vərmək lazımdır. Belə ədatlar aşağıdakılardır:
- Ancaq, ki, da, də, hətta, yəni sözləri həm bağlayıcı, həm də ədat ola bilər. Məsələn, Sən ancaq məni dinləyəcəksən (ədat). Mən çox dedim, ancaq o eşitmədi (bağlayıcı). Sən ki belə deyildin (ədat). Sən söz vermişdin ki, sabah gedəcəksən (bağlayıcı). Nə durmusan, oxu da (ədat). Bəyim də, Arifə bu işdən məmnun qadılar. Bütün kənd camaatı, hətta qocalar düşmənə qarşı vuruşur.
- Bax, gör,qoy, gəl sözləri həm fel, həm də ədat kimi işlənir. Məsələn, Kitabı stolun üstünə qoy (fel). Qoy bir hamı əyləşsin (ədat). Görün bu necə istedadlıdır. Hamını eyni gözdə görün (fel).
- Təkcə, yalnız sözləri sifət, zərf və ədat kimi işlənir. Məsələn, O, Nadirin təkcə balasıdı. O, təkcə gəlmişdi. Bundan təkcə sən almamisan (ədat).
- Elə, belə, necə, nə sözləri həm əvəzlik, həm də ədat kimi işlənir. Məsələn, Arzu belə biz tərəfə baxmadı. Belə sözlər danışma (əvəzlik).
- Bir, bircə sözləri həm say, həm də ədat kimi işlənir. Məsələn, Bizə bircə xoş söz lazımdır (say). Bircə onu görə bilsəydim (ədat).
- Artıq yerinə görə sifət, zərf və ədat kimi işlənir. Məsələn, Artıq sözə ehtiyac yoxdur (sifət). Qonaqlıqda artıq danışma. Artıq bunu demək üçün çox gecdir.
Dilimizdə yalnız ədat kimi işlənənlər aşağıdakılardır: axı, lap, di, ən, yalnız, məhz, kaş, kaş ki, barı, bəli, hə, xeyr, heç, məgər, daha, ha, -mı4, -sana2.
Çoxx sağolun
Mən qramatik izah istəyirdim.Ədat ilə Bağlayıcının fərqləndirmə üsullarını.
промокод 1xbet на сегодня бесплатно при регистрации
hətta-ni fərqləndirməmisiniz ))
Salam. Bunu başa düşmədim: “Bəyim də, Arifə bu işdən məmnun qadılar. Bütün kənd camaatı, hətta qocalar düşmənə qarşı vuruşur.” Burada “də” məncə Arifədən sonra gəlməli idi, ya mən düzgün oxumuram. Hətta burada ədatdır, elə deyilmi (vurğunu gücləndirir).
Xahiş edirəm, şərhləri cavabsız qoymayın.