Print

Modal sözlər

3 Bəyənmə Şərh yazmaq

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi modal sözlər adlanır. Modal sözlər aşağıdakı mənaları ifadə edir:

  1. Təsdiq bildirənlər: əlbəttə, əlbəttə ki, düzü, düzdür, doğrusu, doğrudan, doğrudan da, doğrudur, şəksiz, şübhəsiz, şübhəsiz ki, həqiqətən, sözsüs, təbil, təbil ki, yaxşı ki və s.Məsələn, Doğrudan da, bu gün əziz gündür. Düzü, səndən  belə şey gözləmirdim. Təbil ki, Aytən doğru sözləyir. Bu xəbər məni,  əlbəttə, sevindirdi. Yaxşı ki, tez gəlib çıxdınız.
  2. Ehtimal və şübhə bildirənlər: gərək, gərək ki, yəqin,  yəqin ki, görünür, görünür ki, ola bilsin ki, görən, görəsən, güman ki, ehtimal ki, bəlkə, bəlkədə, deyəsən, olmaya,olsun ki, demə. Məsələn, Görünür, bu qalmaqal hələ davam edəcək. Mən, ola bilsin ki, gəlməyəcəm. Yəqin ki, mən sabah gələ bilməyəcəm. Bəlkə də, sən onu tanıyısan. Deyəsən, bu gün yağış yağacaq.
  3. Nəticə, ümumiləşdimə bildirənlər: demək, demək ki, ümumiyyətlə, deməli, xülasə, bir sözlə, nəhayət, qısa desək, beləliklə, axır ki, əvvəla, ümumən, qısası, müxtəsər, qərəz, əlqərəz və s.  Məsəslən, Bir sözlə, nəticələr ürəkaçan deyil. Xülasə, hər, şey özümüzdən asılıdır. Sənin bu  işdən, ümumiyyətlə, xəbərin yoxdur. Beləliklə, biz ora gedəsi olmadıq. Demək, dediklərim boşuna imiş. Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib, şəhadətnaməni aldım.
  4. Bənzətmə və müqayisə bildirənlər: sanki, elə bil, elə bil ki, guya, guya ki və s. Məsələn, O, elə bil ki, yuxuya getmişdi. Sanki səni ilk dəfə idi ki, görürdüm. Guya sənin olanlardan xəbərin yoxdur.
  5. Mənbə və isnad bildirənlər: məncə, səncə, fikrimizcə, bizcə, zənnimizcə, deyilənə görə, mənə görə və s. Məsələn, Fikrimizcə, hadisə tamam başqa cür olub. Deyilənə görə, Bakidan gələn olacaq. Qiyməyli əsərlərin itkin düməsi, məncə, sizin  kimi  böyük rəssamı daha çox maraqlandırmalıdır.  Bizcə, bu məsələnin həlli çox da çətin deyil.
  6. Təəssüf, kədər bildirənlər: təəssüf ki, heyif, heyif ki, əfsus, əfsus ki və s. Məsələn, Heyif ki, onu görə bilmədim. Təəssüf, sənin vəziyyətin acınacaqlı olacaq. Əfsus kimən məclisə  gecikmişdim. Onların hara getdiklərini, heyif ki, görə bilmədim. Modal sözlər quruluşuna görə iki cür olur: sadə modal sözlər: beləliklə, xülasə, dogrusu, qısası, əlbəttə, əsasən və s.; mürəkkəb (tərkibi) modal sözlər. Mürəkkəb modal sözlər əsas nitq hissələri ilə ədatların, bəzən də qoşmaların birləşməsi yolu ilə yaranır: görünür ki, bir sözlə, söz yox, beləliklə də və s.

Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir və cümlə üzvlərindən vergüllə ayrılır. Sanki, elə bil modal sözlərində vergül qoyulmur. Bu iki modal söz bir-biri ilə qrammatik sinonimdir.

Modal sözlər cümlədə heç bir vəzifə daşımır. Modal sözlər cümlədə ara söz kimi işlənir. Məsələn, Onun belə danışması, doğrusu, mənim xoşuma gəlmədi. Bu cümlədə doğrusu modal sözdür, sintaktik baxımdan ara sözdür.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Modal sözlər
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: