
İngilis dilini öyrənən hər kəsə məsləhətimiz olardı ki, bu dilin qrammatikasını öyrənərkən ilk olaraq to be feli ilə başlasınlar. Məhs bu feil İngilis dilində geniş vüsət almışdır. Aşağıdakı cədvəldə to be felin şəxsə görə 3 zamanda təqdim edirik İndiki, Keçmiş və Gələcək zamanları:
Əvəzliklər | İndiki zaman | Keçmiş zaman | Gələcək zaman |
I (mən) | am — (varam) | was | shall / will |
You (sən) | are — (varsan) | were | will |
He, she, it (o) | is — (vardır) | was | will |
We (biz) | are — (varıq) | were | shall / will |
You (siz) | are — (varsız) | were | will |
They (onlar) | are — (vardırlar) | were | will |
Azərbaycan dilinə tərcümə edildikdə əksər hallarda «var» «olmaq» feli yazılmış, lakin bu İngilis dilində heç bir zaman baş vermir. Məsələn: O evdədir. Onun 25 yaşı var. İngilis dilində isə əksinə «var» və «olmaq» fellərin ekvivalenti olan to be felin istifadəsi zəruridir. Misallara diqqət yetirin:
- I am 45 — Mənim 45 yaşım var.
- I am from Baku — Mən Bakı şəhərindənəm.
- I am married — Mən evliyəm.
- He is Mark — Onun adı Mardır.
İngilis dilində müxtəlif yazı mənbələrində biz to be felin qısa formalarına da rast gələ bilərik:
- I am = I’m
- He is = He’s
- They are = They’re
- He is not = He isn’t
- We are not = We aren’t
Gəlin İngilis və Azərbaycan dillərdində olan bir fərqə də ətraflı nəzər yetirək. Azərbaycan dilində sual cümləsini yazıda cümləyə sual işarəsini əlavə edərəklə çevirmək olar. Məsələn:
- O, yazıçıdır. — təsdiq cümləsi.
- O, yazıçıdır? — sual cümləsi.
Danışıqda isə bu cümlələri sadəcə sual intonasiyası ilə deyildiyindən cümlə rahat başa düşülə bilinir. Buni İngilis dilində etmək olmaz — sizə nə sual işarəsi nə də intonasiya kömək edəcəkdir. İngilis dilində to be felin cümlənin əvvəlinə köçürərək sual cümləsini düzəltmək olar. Məsələn:
- He is a writer. — O, yazıçıdır.
- Is he a writer? — O, yazıçıdır?
To be feli ilə işlənən cümlələr inkar formasının to be felindən sonra “not” artırmaqla yaradılır:
- He is not at home. — O evdə yoxdur.
- They are not enemies — Onlar düşmən deyillər.
Sözügedən felin yadımızda daha yaxşı qalması üçün “I am strong.” (Mən güclüyəm.) zamana və şəxsə görə hallarını əzbərləyin:
İndiki zaman | Keçmiş zaman | Gələcək zaman |
|
|
|
To be feli digər fellərlə istifadə edildikdə müxtəlif zaman formalarını və məcul növünü yaradır.
Təşəkkürlər. Çox gözəl.
Bomba kimidi sağol dərsə cümlə yazırdım işimə yaradı
beyendim
əla idi xoşum gəldi
Çox sağ olun .Çox qəşeng qaydalar var .Hər şeyə görə təşəkkür edirəm
Chox beyendim. Chox sagolun. Her sey aydin sekilde yazilib basa dusmek asan oldu
Ela.cox yararlandim
Cox tesekkur edirem qizima basa saldim.Aydin yazmisdiz.
Əla işimə yaradı
Əladı.Lazımlı məlumatlar var.
BAKİ
Cox gozel isime yaradi
Cox tesekkurler .Isime yaradi
Isime yaramadi
Süper bi şey bee
Cox ela idi dersin izah olunması
This is a safe webpage and used exclusively regarding orders.
Əla çox işimə yaradı