Print

Sintaksis. Söz birləşməsi və söz

50 Bəyənmə Şərh yazmaq

Qrammatikannın sintaksis bölməsində söz birləşmələri və cümlələrdən bəhs olunur.

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir və əşya, hərəkət, əlamət və s. adının konkretləşməsinə xidmət göstərir. Məsələn, dəniz, oxumaq, soyuq sözləri əşya, hərəkət, əlamət adını bildirirsə, Xəzər dənizi, yaxşı oxumaq, soyuq su söz birləşmələri tərkibində sözlərin mənası bir qədər konkretləşir.

Quruluşuna görə söz birləşmələri sadə və mürəkkəb olur. Sadə söz birləşmələri iki (dağ havası, sərin külək, baharın nəfəsi, isti çörək və s.), mürəkkəb söz birləşmələri üçvə daha artıq müsstəqil sözdən ibarət olur (Böyük şəhərin probləmləri, Səməd Vurğunun əsərləri, yaddan çıxmayan görüşlər və s.

Söz birləşməsi və söz.

Söz birləşmələri də sözlər kimi ad bildirir, cümlə üzvü olur, başlanğıc forması olur. Söz birləşməsi də söz kimi cümləni quran vahidlərdəndir. Bu cəhətlərinə görə sözlərlə söz birlləşmələri arasında yaxınlıq var. Eyni zamanda söz birləşməsi formasına, həm də mənasına görə sözlərdən fərqlənir.

  1. Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən yaranır. Məsələn, dəmir, yol, həyət, ev, Gəncə, şəhər sözlərini əlaqələndirib söz birləşmələri düzəltmək olur: dəmir yolu, həyət evi, Gəncə şəhəri.
  2. Söz ümumən ad bildirir, söz birləşməsi isə sözə nisbətən konkret ad bildirir, yəni söz birləşməsinin tərkibində sözlərin mənası bir qədər konkret olur. Məsələn, qapı sözü əşyanın ümumi adıdır, dəmir qapı isə qapının bir növünün adıdır. Yaxud ağac sözünün mənası çox genişdir, armud ağacı birləşməsində isə məna  nisbətən konkretdir.

Söz birləşmələri ilə mürəkkəb sözlərin arasında aşağıdakı fərqlər var:

  1. Mürəkkəb sözlər bitişik və ya defislə yazılır, söz birləşmələrinin tərkibindəki sözlər isə ayrı yazılır.
  2. Mürəkkəb sözlərin tərəfləri bütövlükdə bir anlayışı bildirir, onlara ayrılıqda sual vermək olmur, lakin söz birləşmələrinin tərəfləri müstəqil leksik mənanı saxlayır və onlara ayrılıqda sual vermək olur.
  3. Mürəkkəb sözlər bir vurğu altında deyildiyi halda, söz birləşmələrində tərəflərin hər birinin özn müstəqil  vurğusu olur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (26 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: