
Söz birləşməsi ilə cümlə arasında həm fərqli, həm də oxşar cəhətlər var. Oxşar cəhətlər aşağıdakılardır:
- Söz birləşməsində də,cümlə də sözlərin birləşməsindən yaranır.
- Söz birləşməsində də, cümlələrdə də sözlərin sırası eyni olur. Söz birləşməsi vəcümlənin bir-birindən fərqli cəhətləri də vadır ki, bunlar aşağıdakılardır:
1. Cümlələrdən fərqli olaraq söz birlə.mələri bir sözdən ibarət ola bilməz. Dilimizdə bir sözdən ibarət cümlələr var.
2. Cümlə bitmiş bir fikri ifadə etdiyi halda, söz birləşməsi bitmiş fikri ifadə etmir.
3. Cümlədə intonasiya bitkinliyi var, söz birləşməsində isə bu bitkinlik yoxdur.
Söz birləşməsini əmələ gətirən sözlərdən biri əsas, digəri isə ondan asılı olur. Asılı söz əsas sözü müxtəlif cəhətlərdən izah edir və ona tabe olur. Məsələn, bağça uşaqları, futbol meydançası, məktub yazmaq söz birləşmələrində uşaqlar, meydança, yazmaq sözləri əsas; bağça, futbol, məktub sözləri isə asılı sözlərdir.
Dilimizdə əsas söz söz birləşməsinin birinci tərəfində, asılı söz isə ikinci tərəfində olduğundan, cox vaxt əsas söz, asılı söz əvəzinə ikinci tərəf, birinci tərəf ifadələrindən istifadə olunur.
Salam
Əla
Bəli burdakı hər şey düzdür
Əla