Print

Söz birləşməsinin növləri

4 Bəyənmə Şərh yazmaq

Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələri iki yerə bölünür:

  1. İsmi birləşmələr
  2. Feli birləçmələr

İkinci  tərəfi adlarla (əşya, əlamət, hərəkət, say adları) ifadə olunan söz birləşmələri ismi birləşmələr adlanır.

Məsələn, kitabın vərəqləri, yaşamaq həvəsi, yumurta sarısı, qaşları çatma, şagirdin çalışmağı, atın qaçmağı, uşaqların dördü və s.

İsmi birləşmələrin birinci tərəfləri ikinci tərəfləri izah etdiyindən bunlar təyini söz birləşmələri  də adlanır.

Təyini söz birləşmələri tərəflərin bir-birinə qrammatik cəhətdən bağlanma üsuluna görə üç növə ayrılır:

  1. Birinci növ təyini söz birləşmələri
  2. İkinci növ təyini söz birləşmələri
  3. Üçüncü növ təyini söz birləşmələri

Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir morfoloji əlamət iştirak etmir. Məsələn, geniş meydan, uca dağ, azad seçkilər, şirin meyvə, taxta qapı və s.

Birinci növ təyini söz birləşmələrinin əsas (ikinci) tərəfi həmişə isimlə, asılı (birinci) tərəfi isə isim (da. bina), sifət (şirin qarpız), say (beş kitab), əvəzlik ( o adam), feli sifət (uçan quş) və feli sifət tərkibi ( bütün suallara cavab verən oğlan) ilə ifadə olunur.

Birinci növ təyini söz birləşməsi cümlədə başqa  sözlərlə qrammatik əlaqəyə girdikdə müvafiq qrammatik şəkilçi onun ikinci tərəfinə artırılır, birinci tərəf olduğu kimi qalır.

Birinci növ təyini söz  birləşmələrinin hər biri ayrı – ay-rılıqda cümlə üzvü olur. Cümlədə birinci tərəf həmişə təyin, ikinci tərəf isə müxtəlif cümlə üzvləri ola bilir. Məsələn, Qara buludlar günəşin qaraşısını tutmuşdu. Mən dünəndən bu sənədləri araşdırmaqla məşğul idim. Qoca əyləşib şirin qarpızdan doyunca yedi. 

Tərkibindəki sözlər  mənaca ayrılmağa imkan verməyəndə birinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn, Biz onu üç saat gözlədik. Bu gün səni iki saat gözləməli olduq. Sən bu yerlərə bir də gəlmə.

Növ təyini söz birləşməsinin birinci tərəfi qeyrimüəyyən yiyəlik halda olur, ikinci tərəfi isə III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn, qala qapıları, yaz havası, qoz ağacı, qız qalası, durna qatarı, Xəzər dənizi, Odlar yurdu, islam dini, bahar fəsli və s.

İkinci növ təyini söz birləşməsinin hər iki tərəfi, bir qayda olaraq, isimlə ifadə olunur. Məsələn, meşə heyvanları, ev quşları, ellər gözəli, dağlar maralı və s. Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə substantivləşir. Məsələn, beş arzusu, oxumaq həvəsi, gözəllər gözəli və s. Bu birləşmələrin tərəfləri eyni vaxtda cəmlənə bilmir. Ancaq tərəflər ayrı – ayrılıqda cəmlənə bilir. Məsələn, Qafqaz dağları, türk dilləri, hava yolları, ellər gözəli, dağlar maralı, sular sonası və s. 

Müstəsna hallarda birləşmənin hər iki tərəfi cəmlənir. Məsələn, atalar sözləri, həmkarlar ittifaqları, elmlər namizədləri, elmlər doktorları, genclər təşkilatları və s.

İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında ba.qa sözlər işlənə bilmir. Məsələn, durna qatarı, yol boyu, Sabir bağı, qala qapıları və s. birləşmələrin arasına hər hansı bir söz əlavə etmək mümkün deyil.

Bunlar ikinci növ təyini söz birləşmələrinə məxsus xösusiyyətlərdir.

Cümlədə başqa sözlərlə qrammatik əlqəyə girdikdə müvafiq qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır. İkinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü kimi çıxış edir. Məsələn, Bu, dağ havasının xəstəyə təsirindən idi. Nəhəng qoz ağacından əsərəlamət qalmamışdır. Ana heykəli çox əzəmətli idi. Bacım göz həkimidir. Şəfəqlər dağlar döşünə səpilir.

Növ  təyini söz  birləşmələrinin birinci tərəfi ismin müəyyən yiyəlik halında olur, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edir. Bu birləşmələrin də tərəfləri,  əsasən,  isimlərlə ifadə olunur. Məsələn, dağın zirvəsi, baharın nəfəsi, suyun şırıltısı, Nizaminin əsərləri, xalqın sərvəti, insanın arzusu, pəncərənin qabağı və s.

Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi  işləndikdə isimləşir, yəni substantivləşır. Məsələn, oxumağın faydası, sözün qısası, meyvələrin şirini, oxumağın mənası, yolun uzunu, deyilənlərin çoxu və s.

Bu birləşmələrin hər iki tərəfi də şəkilçi ilə formalaşır. Məsələn, şəhərin küçəsi. ayın işığı. Bakının metrosu və s. Birləşmənin ikinci  tərəfi sifət və ya sayla ifadə olunduqda birinci tərəf bəzən çıxışlıq halda işlənir. Məsələn,  şagirdlərdən beşi, gulənlərdən üçü, qızlardan ən gözəli, döyüşçülərdən ən cəsarətlisi, fəhlərdən çoxu, uşaqlardan biri. 

Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasında istənilən qədər söz işlənə bilir. Məsələn, müğənninin səsi-müğənninin könül oxşayan səsi, Füzulinin şeirləri – Füzulinin fəlsəfı şeirləri, Nizaminin poemaları – Nizaminin dünya şöxrətli poemaları və s.

Üçuncü növ  təyini söz  birləşmələrinin tərəfləri həm ayrı – ayrılıqda, həm də eyni zamanda cəmlənə bilir. Məsələn, adamların əksəriyyəti, gələnlərin çoxu, xalqın oğulları, xəstənin əzabları, şagirdlərin dəftərləri, onların dostları, tarıxlərin yadigarı, şairin şeiləri, natiqlərin çıxışları.

Bu birləşmələrin ikinci tərəfi hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edə bilir. Məsələn, mənim dəftərim, sənin dəftərin, onun dəftəri, bizim dəftərimiz, sizin dəftəriniz, onların dəftərləri.

Cümlədə başqa sözlərlə əlaqəyə girdikdə qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır, birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn, Sizin gələcəyiniz öz əlinizdədir. Kəşfıyyatçılar meşənin kənarında dayandılar. Gördüyünüz oğlan mənim qardaşımdır.

Bəzi hallarda birinci tərəfi bizim və ya sizin sözləri olan üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul etmir. Məsələn, bizim evlər, sizin bağlar, bizim adamlar, sizin futbolçular, bizim qızlar, sizin ellər və s. Cümlədə belə birləşmələrin birinci tərəfi təyin, ikinci tərəfi isə başqa cümlə üzvü olur. Məsələn, «Sizi bizim kəndə dəvət edirəm» cümləsində bizim sözü təyin, kəndə sözü isə zərflikdir. 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Söz birləşməsinin növləri
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: