
LEKTİON 2.2 – die Demonstrativpronomen
Bu dərsimizdə alman dili işarə əvəzliklərinin öyrənilməsinə başlayırıq. İşarə əvəzliklərindən istifadə edərkən həmin əvəzliklərin deyilişi mütləq barmaq və ya baş hərəkətləri ilə də müşayət edilir. Alman dili işarə əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman dili ışarə əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.
Təkdə | Cəmdə | ||
kişi cinsi | qadın cinsi | orta cins | – |
bu = dieser | bu = diese | bu = dieses | bunlar = diese |
o = jener | o = jene | o = jenes | o = jene |
Alman dili işarə əvəzliklərinin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi qaydası müəyyən artikllərin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi ilə tam eyniyyət təşkil edir. Yəni
der = dieser/jener,
die = diese/jene,
das = dieses/jenes,
və cəmdə
die = diese/jene
Bir neçə misallar göstərək:
der junge Mann və ya dieser junge Mann və ya jener junge Mann
die schöne Frau və ya diese schöne Frau və ya jene schöne Frau
das kleine Kind və ya dieses kleine Kind və ya jenes kleine Kind
cəmdə isə
die jungen Männer və ya diese jungen Männer və ya jene jungen Männer
İşarə əvəzlikləri də eyni ilə təkdə və cəmdə müəyyən artikllər kimi hallanır. Yəni işarə əvəzliklərinin hallanması haqqında məlumat almaq üçün müəyyən artikllərin hallanmasını təkrar etmək yetərlidir. Sadəcə müvafiq müəyyən artikllərin yerinə işarə əvəzliklərini qoyun.
MƏNBƏ: www.deutsch.az