Print

Feli tərkiblər

56 Bəyənmə 1 Şərh

Feli birləşmələrə cümlə daxilində tərkiblər də deyilir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır. Feli birləşmələr ikinci tərəfin ifadə vasitəsinə görə üç yerə bölünür:

  1. Fəli sifət tərkibləri
  2. Feli bağlama tərkibləri
  3. Məsdər tərkibləri

Feli birləşmələrdə, əsasən, iki tərəf olur – tabe olan  və tabeedici söz. Tərkiblərdə isə sözlərin sayı çox olur. Feli birləşmələr iki sözdən ibarət olduğu halda, tərkiblər bir neçə sözdən ibarət olur. Lakin tərkiblər iki sözdən də ibarət ola bilər. Tərkiblərin cümlədə rolu onların əsas tərəfi olan feli bağlamanın, feli sifətin və məsdərin cümlədə rolu kimidir. Tərkiblər cümlədə bütövlükdə bir sintaktik suala cavab verir və cümlənin bir mürəkkəb üzvü olur.

Feli sifət tərkiblərinin əsas tərəfi feli sifətlə ifadə olunur. Məsələn, yaxşı oxuyan, təbiəti sevənlər, baharın nəfəsini duyan, əlini ağdan- qaraya vurmyan, özünü xalqdan üstün sayanlar və s.

Fəli sifət tərkibi, əsasən, cümlənin mürəkkəb təyini olur. Məsələn, Yaxşı oxuyan tələbələr imttahanlardan yüksək qiymət  aldılar. Özünü uşaq kimi aparan qoca hamının diqqətini cəlb etmişdi.

Fəli sifət tərkibləri cümlədə mürəkkəb mübtəda və mürəkkəb tamamlıq vəzifəsində də işlənə bilir. Məsələn, Məni yaşadan onun məhəbbətidir. Dəcəllik edəni tutub gətirdilər.

Feli bağlama tərkiblərinin əsas  tərəfi feli bağlama ilə ifadə olunur. Məsələn, yağış yağanda, məktəbdən gələndə,  işdən gələrkən, yuxarı qalxdıqca,  bu nəticəyə gəlincə, qürbətdə xan olunca, dağların zirvəsinə qalxdıqca və s. Feli bağlama tərkibi həmişə cümlədə mürəkkəb zərflik vəzifəsində işlənir. Məsələn, Yağış yağanda tarlada işləmək mümkün olmur. Məktəbdən gələrkən gördüyüm hadisəni dostuma danışdım. Mən bu gün məktəbə gləndə bir kitab aldım. Bir quşcuğazın yuvasını yıxanda rüzgar, dilimizlə çör – çör yığıb yuva quraydım.

Məsdər tərkibinin əsas tərəfi məsdərlə ifadə olunur. Məsələn,hekayə oxumaq, dənizdə çimmək, kimsəsizlərə yardım etmək, dəridən- qabıqdan çıxmaq və s.

Məsdər tərkibi cümlənin  mürəkkəb üzvü ( mübtəda, tamamlıq, zərflik, xəbər) olur. Məsələn, İmtahandan yaxşı çıxmaq (nə?) bütün tələbələrin arzusudur. Çayda çimməyi (nəyi?) xoşlamıram. Səni görmək üçün (nə üçün?) səhərdən gözləyirəm. Bizi narahat edən onun getməyidir (nədir?). 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (61 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: