- Language Mag - https://language.az -

Dərs 2.3 – Alman dilində yiyəlik əvəzlikləri

LEKTION 2.3 – die Possessivpronomen
Bu dərsimizdə alman dili yiyəlik əvəzliklərinin öyrənilməsinə başlayırıq. Alman dili yiyəlik əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman dili yiyəlik əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.

Təkdə Singular Cəmdə Mehrzahl
mənim mein bizim unser
sənin dein sizin euer
onun sein – kişi
ihr – qadın
sein – orta
onların ihr
Sizin İhr

Bizim yuxarıdakı cədvəldə gördüyümüz yiyəlik əvəzlikləri bizə məxsus olan şeylərin təkdə kişi və ya orta cinsə aid olduğu hallar üçün doğrudur. Amma bizə məxsus olan şeylər təkdə qadın cinsinə aid olduqda və ya cəmdə olduqda yiyəlik əvəzliklərinin sonuna əlavə olaraq     “-e”,     sonluğu artırılır. Yəni yiyəlik əvəzlikləri belə olur:

Təkdə Singular Cəmdə Mehrzahl
mənim meine bizim unsere
sənin deine sizin eu(e)re
onun seine – kişi
ihre – qadın
seine – orta
onların ihre
Sizin İhre

Alman dili yiyəlik əvəzliklərinin başa düşülməsində azərbaycanlılar üçün ən çətin məqam odur ki, azərbaycan dilində cins kateqoriyası yoxdur. “Mənim”, və ya “sənin”, deyərkən uyğun olaraq birinci və ya ikinci şəxsin təkinə, yəni mənə və ya sənə aid olan canlı və cansızlar başa düşülür.

Alman dilində isə cins kateqoriyası vardır və bu kateqoriya həm canlılara, həm də cansızlara aiddir. Ona görə də yiyəlik əvəzliklərinin sonlugları da təkdə təxminən qeyri müəyyən artikllarda olduğu kimi cinslərdən asılı olaraq müxtəlif olur.

Onu da bilməliyik ki, yiyəlik əvəzlikləri azərbaycan dilində olduğu kimi alman dilində də şəxs əvəzliklərinin yiyəlik halı kimi, yəni Genitiv halı kimi qəbul edilir. Bu isə o deməkdir ki, yiyəlik əvəzliyinin başlanğıcı şəxs əvəzliyidir.

Yiyəlik əvəzlikləri əsasən ismlərlə birlikdə və onların əvvəlində gəlir. Təkdə qeyri müəyyən artikl, cəmdə isə müəyyən artikl kimi hallana bilir, yəni hallar üzrə dəyişir. Gəlin yiyəlik əvəzliyinin hallanmasına da cədvəl şəklində müraciət edək.

Əgər məxsus olan şey təkdə kişi cinsli olarsa, o zaman:

Nom.
Gen.
Dat.
Akk.
mein
meines
meinem
meinen
dein 
deines 
deinem 
deinen 
sein
seines
seinem
seinen
ihr
ihres
ihrem
ihren
sein
seines
seinem
seinen
unser
unseres
unserem
unseren
ihr
ihres
ihrem
ihren
euer
eures
eurem
euren
İhr
İhres
İhrem
İhren

Əgər məxsus olan şey təkdə orta cinsli olarsa, o zaman:

Nom.
Gen.
Dat.
Akk.
mein
meines
meinem
mein
dein 
deines 
deinem 
dein 
sein
seines
seinem
sein
ihr
ihres
ihrem
ihr
sein
seines
seinem
sein
unser
unseres
unserem
unser
ihr
ihres
ihrem
ihr
euer
eures
eurem
euer
İhr
İhres
İhrem
İhr

Əgər məxsus olan şey təkdə qadın cinsli olarsa, o zaman:

Nom.
Gen.
Dat.
Akk.
meine
meiner
meiner
meine
deine 
deiner 
deiner 
deine 
seine
seiner
seiner
seine
ihre
ihrer
ihrer
ihre
seine
seiner
seiner
seine
unsere
unserer
unserer
unsere
ihre
ihrer
ihrer
ihre
eure
eurer
eurer
eure
İhre
İhrer
İhrer
İhre

Əgər məxsus olan şey cəmdə olarsa, o zaman:

Nom.
Gen.
Dat.
Akk.
meine
meiner
meinen
meine
deine 
deiner 
deinen 
deine 
seine
seiner
seinen
seine
ihre
ihrer
ihren
ihre
seine
seiner
seinen
seine
unsere
unserer
unseren
unsere
eure
eurer
euren
eure
ihre
ihrer
ihren
ihre
İhre
İhrer
İhren
İhre

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (7 votes)