
LEKTION 2.6 – das Reflexivpronomen
Daha əyani olmaq üçün bir felə müraciət edək. Məsələn yumaq felinə. Biz yumaq felini deyərkən nəyisə yumağı başa düşürük. İndi isə bu feli bir qədər başqa cür işlədək, yəni yumaq formasında deyil, yuyunmaq kimi işlədək. Bu zaman məhz hərəkəti edən şəxs hərəkəti öz üzərində edir. Yəni nəyisə yumağı deyil, məhz özünü yumaq kimi başa düşülür. Bu isə odeməkdir ki, hərəkət icraçının öz üzərinə “qayıdır” və “qayıdış fel” sözü də elə buradan yaranır.
“Qayıdış fel”in düzəlməsi ilə əlaqədar biz burada fonetik olaraq nələrin baş verdiyini görürük, yəni “qayıdış fel” necə düzəlir? Bu sualın cavabını birinci şəxsin təki, yəni “mən” üçün indiki zamanda izah etməyə çalışaq:
1. adi yumaq felinin kökünə yun əlavə edilir (təxminən əmr forması düzəlir), /yuyun/
2. bunun üzərinə indiki zaman şəkilçisi ur əlavə edilir, /yuyunur/
3. daha sonra isə şəxs şəkilçisi am artırılır, /yuyunuram/.
Beləliklə “qayıdış fel” hazır oldu.
Indi isə alman dilinin qayıdış əvəzliyi ilə tanış olaq. Alman dilində qayıdış əvəzliyi sich olaraq qəbul edilmişdir və alman dilində “das Reflexivpronomen” kimi anlaşılır.
Alman dilində “qayıdış fellər” sich qayıdış əvəzliyinin felin əvvəlinə ayrıca olaraq artırılması ilə düzəlir. Yəni, azərbaycan dilinin yumaq feli alman dilinə waschen kimi tərcümə edildiyini nəzərə alaraq onun “qayıdış formasını”, yəni yuyunmaq formasını düzəltmək üçün waschen felinin əvvəlinə ayrıca yazılmaqla sich qayıdış əvəzliyini artırmaq kifayətdir. Beləliklə,
sich + waschen = sich waschen
Biz alman dilində “qayıdış felin” düzəldilməsi ilə tanış olduq. Bu isə o deməkdir ki, harada qarşısında sich olan fel görsək, biləcəyik ki, bu qayıdış feldir. Amma sich qayıdış əvəzliyi şəxslərə görə dəyişilə bilir, yəni təsrif edilir. Deməli, biz onu həmişə sich kimi deyil, başqa formada da görə bilərik. Onun başqa formalarını da tanıya bilmək və ya sich qayıdış əvəzlikli felləri özümüzün də şəxsə görə dəyişə bilməyimiz üçün mütləq sich qayıdış əvəzliyinin təsrifini nəzərdən keçirmək lazımdır.
ich du er sie es wir ihr sie Sie |
wasche wäschst wäscht wäscht wäscht waschen wascht waschen waschen |
mich dich sich sich sich uns euch sich sich |
ich du er sie es wir ihr sie Sie |
wasche wäschst wäscht wäscht wäscht waschen wascht waschen waschen |
mir dir sich sich sich uns euch sich sich |
Fikir verirsinizsə sanki mən iki cədvəl vermişəm, yəni sich qayıdış əvəzliyi iki dəfə təsrif edilmişdir.
Birinci təsrif formasında 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə eynidir.
İkinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Dativ halı ilə eynidir.
Galan bütün şəxslər üçün hər iki təsrif formasında sich qayıdış əvəzliyi müvafiq şəxslər üzrə eynidir. O da maraqklı haldır ki, 3-cü şəxsin təkində, cəmində və hörmət mənasında sich qayıdış əvəzliyi ümumiyyətlə dəyişilmir.
Buradan bir sual yaranır ki, nə üçün birinci təsrif formasında 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə, amma ikinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Dativ halı ilə eynidir. Yəni nə zaman Akkusativ və nə zaman Dativ halla eyni olmalıdır. Gəlin fikrimizi bir qədər də anlaşıqlı edək və sualı təxminən belə qoyaq:
“Sich” qayıdış əvəzliyi nə vaxt Akkusativdə və nə vaxt Dativdə təsrif edilir?
Bu sualın cavabını isə mən Sizə nümunələrlə bacardığım qədər anlaşıqlı izah etməyə çalışacağam.
Baxın əvəlcə mən Sizə azərbaycan dilində nümunə verirəm, yəni belə bir çox sadə cümlə:
1. Mən yuyunuram.
Alman dilində qarışılığı:
1.Ich wasche mich.
Indi isə ikinci nümunə:
2. Mən əllərimi yuyuram.
Alman dilində qarışılığı:
2.Ich wasche mir meine Hände.
Verilmiş iki nümunə cümlədən yəqin ki, Siz özünüz artıq nə isə başa düşdünüz. Birinci cümlədə
1.Ich wasche mich.
ümumiyyətlə yuyunmaqdan danışılır. Yəni konkret olaraq bədənin hansı hissəsinin yuyulması bəlli deyil. İndi isə mən daha anlaşıqlı olsun deyə belə deyirəm:
Bu cümlədə Akkusativ halda olan Objekt yoxdur, yəni Akkusativ Objekt yoxdur.
QAYDA: Cümlədə Akkusativ Obyekt yoxdursa, bu zaman sich qayıdış əvəzliyiAkkusativdə təsrif edilir.
İndi isə ikinci nümunə cümləyə fikir verin.
2.Ich wasche mir meine Hände.
Burada konkret olaraq bədənin nahsı hissəsinin yuyulması bəllidir. Yəni, cümlədə Akkusativ Obyekt var.
QAYDA: Cümlədə Akkusativ Obyekt varsa, bu zaman sich qayıdış əvəzliyi Dativdə təsrif edilir.
Alman dilində də azərbaycan dilində olduğu kimi kifayət qədər qayıdış fellər vardır. Mən Sizə daha tez-tez rast gəlinən qayıdış fellərin siyahısını verirəm. Amma unutmayın ki, bunlardan başqa da bir çox qayıdış fellər vardır:
Liste häufiger Reflexivverben
1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. |
sich anhören sich ansehen sich ärgern sich beeilen sich benehmen sich das Bein brechen sich entscheiden sich entschuldigen sich erholen sich erinnern sich erkälten sich fragen sich freuen sich (krank/wohl) fühlen sich gewöhnen sich hinlegen sich interessieren sich kaufen sich konzentrieren sich leisten sich treffen sich überlegen sich unterhalten sich verlieben sich verstehen sich vorbereiten sich vorstellen sich waschen sich wundern sich wünschen |
1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. |
qulaq asmaq / dinləmək baxmaq (filmə) acıqlanmaq tələsmək özünü aparmaq ayağını sındırmaq qərara gəlmək üzr istəmək istirahət etmək xatırlamaq izah etmək özündən soruşmaq sevinmək özünü (xəstə/gümrah) hiss etmək vərdiş etmək uzanmaq (dincəlmək) maraqlanmaq almaq diqqətini cəmləmək özünə rəva görmək qarşılaşmaq götür-qoy etmək söhbət etmək vurulmaq başa düşülmək hazırlaşmaq özünü təqdim etmək / təsəvvür etmək yuyunmaq təəccüblənmək arzulamaq |
Çox ümid edirəm ki, mən Sizə sich qayıdış əvəzliyi və onun təsrifi ilə əlaqədar nələrisə başa sala bildim.
MƏNBƏ: www.deutsch.az