
LEKTİON 3 – die Verben
Fel bölməsi alman dilində də ən geniş bölmələrdəndir. Alman dilində də cümlənin əsas komponenti feldir. Fel haqqında bütün qarmmatik qaydaları, yəni felin paradiqmalarını bilən hər bir kəs alman cümlələrini asanlıqla qura bilər. Bəs fel haqında biz nələri bilməliyik?
1. fellərin təsrifi
2. fellərin idarəsi (hal tələb etməsi)
3. fellərin 3 əsas forması: (1.Präsens 2.Präteritum / Imperfekt 3.Partizip II)
4. zəif fellər
5. qüvvətli fellər
6. qaydalı fellər
7. qaydasız fellər
8. əmr forması
9. zaman formaları
10.qayıdış fellər
11.daimi önlüklü fellər və s.
Fellərə aid olan bütün bu qrammatik özünəməxsusluqları / paradiqmaları biz Sizinlə birlikdə növbəti dərslərimizdə mündərəcata müvafiq formada öyrənəcəyik.
MƏNBƏ: www.deutsch.az
Almanca öyrənmək istəyirəm
Almanca öyrənmək istəyirəm