Print

Morphology, Parts of Speech – nitq hissələri

24 Bəyənmə Şərh yazmaq

Qrammatikanın sözlərin formasından, onlara xas olan əlamətlərindən, onların xüsusiyyət-lərindən bəhs edən hussəsinə morfologiya deyilir.

Morfologiya eyni bir sözün müxtəlif formalarının əmələ gəlmə üsullarını öyrənir:

  • man (kişi), men (kişilər), man’s (kişinin)
  • nice (gözəl), nicer (daha gözəl), the  nicest (ən gözəl)
  • to go (getmək), goes (gedir), went ( getdim, getdin,..)

Sözlərə xas olan bu və digər formalar onların qrammatik mənaları ilə bağlıdır. Yəni, sözün hər bir forması müəyyən bir qrammatik məna ifadə edir. Sözlərin qrammatik (morfoloji) forması iki yolla dəyişdirilə bilər:

  1. Sintaktik yolla, yəni şəkilçilərlə vəya kökündən dəyişdirilməklə:
  • a teacher→ teachers, → teacher’s → teachers’
  • work → works→ worked → working (işlə, işləyirəm, işləyir, işlədim, işlədin)
  1. Analitik yolla, yəni köməkçi fel və ya fellarlə:
  • shall read → is read → has read → has been read. 

Parts of Speech 

Dildə olan sözlər daşıdıqları leksik mənaya, onların morfoloji əlamətlərinə, sintaktik funklsiyalarına, başqa sözlərlə əlaqəyə girmə xüsusiyyətlərinə və sözdüzəltmə əlamətlərinə görə qruplaşırlar. Bu qruplar nitq hissələri adlanır. Sözlər nitq hissələrinə aşağıdakı cəhətlərinə görə bölünürlər:

  • sözün leksik mənasına görə;
  • sözün morfoloji əlamətinə görə;
  • sözün sintaktik roluna görə;
  • başqa sözlərlə əlaqəyə girmə xüsusiyyətinə görə;
  • əsas düzəltmə xassəsinə görə.

Nitq hissələri nitqdəki roluna görə bir- birindən fərqlənirlər. Onların bir qismi qrammatik mənaya malik olduqları halda, digər bir qismi  möstəqil leksik mənaya  malik olmurlar. Bu səbəbdən nitq hissələri iki qrupa bölünür:

  • əsas nitq hissələri – The Notional Parts of Speech
  • köməkçi nitq hissələri – The Structural Parts of Speech

Hem leksik, həm də qrammatik məna daşıyan, möstəqil olaraq cümlə üzvü kimi çıhış edən və suala cavab verə bilən  nitq hissələri  əsas nitq hissələri adlanır:

  • İşim – The Noun
  • Sifət – The Adjective
  • Say – The Numeral
  • Əvəzlik – The Pronoun
  • Fel – The Verb 
  • Zərf – The Adverb
  • Modal sözlər – The Modal Words
  • Nida – The Interjection 

Nə leksik, nə də  qrammatik məna daşımayan, müstəqil cümlə üzvü kimi çıxış edə bilməyən  nitq  hissələri köməkçi nitq hissələri adlanır:

  • Artikl – The Article
  • Sözönü- The Preposition
  • Bağlayıcı – The Conjunction
  • Ədat – The Particle

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (13 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: