
LEKTİON 3.2 – Modalverben
Alman dilində cəmisi aşağıda verilən 6 modal fel mövcuddur:
wollen– istəmək (planlaşdırmaq, etməyə hazır olmaq mənasında)
mögen– xoşlamaq, sevmək, istəmək(münasibət bildirmək mənasında)
müssen– malı, məli (öz istəyi ilə, öz planına uyğun)
sollen– malı, məli (başqasının istəyi ilə, məcbüri və ya xahişə görə)
können– bacarmaq (fiziki və zehni)
dürfen– bacarmaq (icazəsi olmaq, etməyə ixtiyarı olmaq)
Amma mögen modal felindən əmələ gələn və “istərdim” kimi başa düşülən möchten feli də bu fellər sırasında işlənir və daha çox wollen felinin yerində işlənir, yəni onu əvəz etməklə daha çox etika, nəzakət və felin arzu formasını bildirir.
Fellərin şəxsə görə diyişilməsi zamanı möchten feli də modal fellərin şəxsə görə dəyişilməsi qaydasına tabe olur. Amma bu feli 7-ci modal fel kimi qəbul etmək lazım deyil. Biz gələcəkdə bu felin mögen felinin törəməsi olduğunu biləcəyik.
İndi isə gəlin modal fellərin şəxslər üzrə dəyişilməsi ilə tanış olaq:
ich du er sie es wir ihr sie Sie |
will willst will will will wollen wollt wollen wollen |
mag magst mag mag mag mögen mögt mögen mögen |
muß mußt muß muß muß müssen müsst müssen müssen |
soll sollst soll soll soll sollen sollt sollen sollen |
kann kannst kann kann kann können könnt können können |
darf darfst darf darf darf dürfen dürft dürfen dürfen |
möchte möchtest möchte möchte möchte möchten möchtet möchten möchten |
Modal fellərin əsas fellərdən fərqi odur ki, modal fellər hərəkət bildirmir, sadəcə hərəkətə münasibəti bildirir.
Nümunə:
– Mən alman dilini öyrənirəm.
– Ich lerne deutsche Sprache.
cümləsində «öyrənmək» (lernen) əsas feldir və hərəkət bildirir. Yəni nə etdiyimizi bildirir. İndi isə 2-ci nümunəyə baxaq:
Nümunə:
– Mən alman dilini öyrənmək istəyirəm.
– Ich will deutsche Sprache lernen.
cümləsindəki «istəmək» feli, yəni «wollen» feli hərəkəti deyil, hərəkətə münasibəti bildirir.
1-ci yerdə mübtəda |
2-ci yerdə modal fel |
3-cü, 4-cü vəsair yerdə qalan cümlə üzvləri |
cümlənin sonunda əsas felin məsdəri |
Nümunə:
1-ci yerdəİch | 2-ci yerdəwill | 3-cü yerdəin Baku | 4-cü yerdəDeutsch | cümlənin sonundalernen? |
Tərcüməsi: – Mən Bakıda alman dili öyrənmək istəyirəm.
Adi sual cümlələrində olduğu kimi tərkibində modal fel olan sual cümlələri də 2 yerə bölünür:
1. Sual sözsüz sual cümlələri
1. Sual sözlü sual cümlələri
Tərkibində modal fel olan sual sözsuz sual cümlələrində:
1-ci yerdə modal fel |
2-ci yerdə əsasən mübtəda |
3-cü, 4-cü vəsair yerdə qalan cümlə üzvləri |
cümlənin sonunda əsas felin məsdəri |
Fikrimizin təsdiqi üçün yuxarıda verilmiş tərkibində modal fel olan nəqli cümləyə müraciət edək.
Nəqli cümlə
1-ci yerdəİch | 2-ci yerdəwill | 3-cü yerdəin Baku | 4-cü yerdəDeutsch | cümlənin sonundalernen. |
İndi isə bu nəgli cümlədən sual sözsüz sual cümləsi düzəldək:
Sual cümləsi
1-ci yerdəWill | 2-ci yerdəich | 3-cü yerdəin Baku | 4-cü yerdəDeutsch | cümlənin sonundalernen? |
Nəqli cümlə
1-ci yerdəİch | 2-ci yerdəwill | 3-cü yerdəin Baku | 4-cü yerdəDeutsch | cümlənin sonundalernen. |
Sual cümləsi
1-ci yerdəWer | 2-ci yerdəwill | 3-cü yerdəin Baku | 4-cü yerdəDeutsch | cümlənin sonundalernen? |
Tərkibində modal fel olan sual sözlü sual cümləsində cümlə üzvlərinin sıralanması aşağıdakı kimidir:
1-ci yerdə sual sözü |
2-ci yerdə modal fel |
3-cü, 4-cü və sair yerdə qalan cümlə üzvləri |
cümlənin sonunda əsas felin məsdəri |
Bu isə o deməkdir ki, bütün cümlə növlərində ancaq və ancaq modal felin yeri dəyişir, əsas fel isə həmişə məsdər formasında cümlənin sonunda yazılır.
MƏNBƏ: www.deutsch.az
size sonsuz tesekkurler.
Allah razi olsun.gozel tehlil etmisiniz