
Mübtəda cümlənin baş üzvü olub, kim? nə? bəzən də hara? suallarından birinə cavab verir və cümlədə haqqında danışılanı (şəxs, əşya, hadisə) bildirir.
İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn, Sahin (kim?) dönüb yamaca baxdı. Biz (kim?) onunla görüşdük. Od (nə?) da çatırdayıb alovlandı. Mübtədanın ifadə vasitələri müxtəlifdir. Mübtəda daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn, Sevinc hələ məktəbdə oxuyur. O, bizim qonşumuzdur.
Mübtəda məsdərlə də ifadə olunur. Məsələn, Sevmək gözəldir, Oxumaq hər şeydən vacibdir.
Mübtəda vəzifəsində sifət, say, işarə əvəzlikləri, isimləşmiş feli sifətlər işlənə bilir. Məsələn, Qoca çox nurani idi. On birincilər çox sevincli idi. Bunlar çox köhnə kitablardır. Sevənlər bir – birinə sadiq olmalıdırlar.
Mübtəda söz birləşmələri ilə də ifadə olunur. Mürəkkəb idarə və təşkilat adları, ikinci və üçüncü növ təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri buna daxildir.
Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti burada yerləşir. O kənddən dağ çayı axır. Mənim məktubum hələ də ona çatmayb. Həqiqəti açıb söyləmək, bəlkə də, hər şəyə son qoymaq deməkdir. Onların arasında axşamdan küçəyə yığşıb konfransın nəticəsini gözləyənlər də vardı.
Mübtədalar quruluşuna görə sadə və mürəkkəb olur. Sadə mübtədalar adlıq halda olan nitq hissələri mürəkkəb mübtədalar isə söz birləşmələri (ikinci və üçüncü növ təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri, mürəkkəb adlar) ilə ifadə olunur. Məsələn:
- Şagird (kim?) məktəbə gedir.
- Siz (kim?) bu barədə düşünməlisiniz.
- Oxumaq (nə?) mənim ən böyük arzum idi.
- Oxuyan (kim?) səsini bir qədər də qaldırdı.
- Bu (nə?), onun üçün gözlənilməz oldu.
- Beş (nə?) yaxşı qiymətdir.
- Dağ havası (nə?) sizin dərdinizə dərmanadır.
- Dostunun ölümü (nə?) onu sarsıtmışdı
- Həmişə sağlam olmaq (nə?) hamının arzusudur.
Bura ilk dəfə gələnlər (kim?) məətəl qalmışdılar. Bakı Dövlət Universiteti (nə?) öz yetişdirmələri ilə fəxr edir.
O, bu işarə əvəzlikləri mübtəda vəzifəsində işləndikdə onlardan sonra vergül qoyulur. Məsələn, O, yersiz danışırdı. Bu, mən istəyən kimi alınmayıb. O, məni bir dəfə görüb. Bu, çox təhlükəli oyundur.
Lakin o, bu işarə əvəzliklərindən sonra fel və köməkçi nitq hissələri gələrsə, vergül qoyulmaz.
Mübtəda qrammatik cəhətdən heç bir cümlə üzvündən asılı olmur. Mübtədanın adlandırdığı şəxs, əşya və hadisələr haqda əlavə məlumat xəbər və ikinci dərəcəli üzvlər vasitəsilə bildirilir. Mübtəda cümlədə ən çox xəbərlə bağlı olur. Adlıq halda olan sözlər cümlədə mübtəda olur.
Cox uzundu
Yaxşı idi