
Xəbər cümlədə haqqında danişilanın hərəkətini, halını, əlamətini və s. bildirən baş üzvdür. O, nə edir? kimdir? nədir? haradadır? necədir? və s. suallarından birinə cavab olur.
Xəbər həm nitq hissələri ilə, həm də söz birləşmələri ilə ifadə olunur. Fellər daha çox təsriflənən fellərlə ifadə olunur. Məsələn, Mərhəmət xanım daha danışmadı. Onlar burada böyük bir bina tikmişdilər. Pəhləvan ayağa qalxdı. Xəbərlər quruluşuna görə sadə və mürəkkəb olur. Sadə xəbərlər nitq hissələri ilə ifadə olunur, mürəkkəbxəbərlər isə söz birləşmələri və mürəkkəb adlara ifadə olunur.
Xəbər mübtədadan asılı olur, şəxsə və kəmiyyətə görə onunla uzlaşır, Lakin III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşmaya da bilir. Məsələn, Quşlar civildəşdi Yarpaqlar saraldı.
Xəbərlər tamamlıq, zərflik və bəzən də təyini özündən asılı edir.
Xəbərlər tamamlıqla idarə əlaqəsində, zərfliklə idarə və yanaşma əlaqəsində, təyinlə yanaşma əlaqəsində olur.
Başlamaq, istəmək, bilmək, olmaq, etmək, elətmək felləri, əsasən, başqa sözlərlə birlikdə xəbər vəzifəsində işlənir. Bunlar mürəkkəb-tərkibi fel yaradaraq cümlənin sadə xəbəri olur. Məsələn, Aytən oxumağa başladı. Mən ora getmək istəmirdim. Şüşə qırıq – qırıq oldu. O, çox gözəl şəkil çəkə bilirdi.
Başlamaq, istəmək, olmaq, etmək, eləmək sözlərinin müstəqil işləndiyi halları yuxarıdakı hallarla eyniləşdirmək olmaz. Bunlar bəzən müstəqil xəbər də ola bilir. Məsələn, Biz şəhərdə olurduq. O, bu gün işə başladı. Mən bu qələmi istəyirdim.
Xəbər təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn, Azərbaycanın elmi mərkəzlərindən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Mən Bahar qızıyam. Bu qız universitetı təzə qurtaranlardandır.
İfadə vasitələrinə görə xəbərlər iki yerə bölünür: feli xəbərlər, ismi xəbərlər.
Feli xəbərlər. Feli xəbərlər felin təsriflənən formaları ilə (əmr, xəbər, vacib, arzu, lazım və şərt şəkilləri ilə) və frazeoloji birləşmələrlə ifadə olunur. Mübtədaya aid hərəkəti bildirir. Feli xəbərlərin sonunda həmişə şəxs şəkilçisi olur. Felin bütün şəkillərinin suallarına cavab verir. Məsələn, Sabah tətil başlanır. Sən suallara cavab verməlisən. Havalar düzəlsə, ova gedəsiyik. Biz sabah kəndə gedəcəyik. Qız anasına ürəyini boşaltdı.
Feli xəbərlər quruluşca mürəkkəb olmur. İsmi xəbərlər. İsmi xəbərlər isim, sifət, saya, əvəzlik, zərf, ismi birləşmələr, məsdər və feli sifət tərkibləri ilə ifadə olunur. İsmi xəbərlərin sonuna xəbərlik şəkilçisi artırılır. Məsələn, Bilirdim ki, gələn Rasimdir. Bütün günahlar səndədir. Məqsədim onu tapmaqdır. Bu uşaqlar müsabiqədən kəçənlərdir.
Bəzən xəbər yerində var, yox, lazım, gərək, mümkün, bəs sözləri işlənir. Bunlar da ismi xəbərlərə aid edilir. Məsələn, Oxumaq üçün bütün şəraitiniz var. Dediklərin bizdə yoxdur. Bu kitab sizə lazımdır. Axı bunlar mənə gərəkdir. Sənin mükafat almağın mümkündür. Bu gün işlədin bəsdir.
İdi, imiş, isə hissəcikləri söz və söz birləşmələri ilə birlikdə ismi xəbər olur və onun quruluşuna təsir etmir. Məsələn, Gələn sən idin? Bu əgər işə yaramırsa, niyə mənə verdin? O, cavanlıqda da gözəl imiş.
https://kayzen.az/ -da da çox maraqlı məlumatlar olur.Həttahər hansı mövzunu language.az-dan daha ətraflı başa salırlar.Bir sözlə hamıya tövsiyə edirəm😄🧡💛
ÇOOOOX GÖZƏL
Əla
Əla