
Əşyanın və ya şəxsin adını bildirən əsas nitq hissəsidir. Buraya təkcə konkret şeylər deyil, əşya və ya şəxsə aid olan mücərrəd sözlər də isim qrupuna daxildir:
insanlara və əşyalara xas olan keyfiyyət ifadə edən sözlər:
- beauty – gözəllik
- heroism – qəhrəmanlıq
- youth – gənclik
əlamə ifadə edən sözlər:
- highness – alihəzrət
- strongth – güc
hərəkətlərin isim kimi işlənməsi (cerund – felin isimləşməsidir)
- writing – yazı
- running – qaçıs
- conversation – söxbət
mücərrəd məvhumluq ifadə edən sözlər:
- time – vaxt
- Information – məlumat
- progress – tərəqqi, inkişaf
- friendship – dostluq
- knowledge – bilik
leksik – morfoloji quruluşuna görə isimlər 3 yerə bölünür:
- sadə isimlər – the simple nouns
- düzəltmə isimlər – the derivative nouns
- mürəkkəb isimlər – the compound nouns
sadə isimler – tək bir kökdən ibarət olur:
- a pen – qələm, a bag – çanta, a girl – qız
düzəltmə isimlər – kök və şəkilçidən ibarət olur. Şəkilçilər də öz növbəsində iki yerə ayrılır. Funksional baxımdan sözdüzəldici (leksik) və sözdəyişdirici (qrammatik), mövqe baxımndan suffiks, prefiks və infiks olur:
- suffikslər (sona qoşulan) a child – uşaq, childhood – uşaqlıq
- prefikslər (önə qoşulan) a president – prezident, an ex- president – sabiq president
- infikslər (mürəkkəb sözlər arasında işlədilən) a fater – in -law – qay(ı)nata
mürəkkəb isimlər – 2-və ya daha artıq kökdən ibarət olur və 3 cür yazılır. Bunun aydın bir qaydası yoxdur. Bu səbəbdən də tam əmin olunmadığı halda mürəkkəb isim iki ayrı söz şəklində yazıla bilər:
- bitişik – a butterfly kəpənək
- defislə – a baby – sitter uşaq baxıcısı
- sözönü ilə – a mother – in -law – qay(ı)nana
leksik mənasına görə isimlər 2 yerə bölünür:
- ümumi isimlər – the Common nouns (aid olduğu bütöv bir sinfi bildirən isimlərdir)
- xüsusi isimlər – the Proper nouns (ümumi isimlərdən hər hansı birini digərlərindən fərqləndirmək üçün verilən addır)
Ümumi isimlər də öz növbəsində 2 yerə ayrılır:
- konkret isimlər – the Concrete nouns (gözlə görülən, toxunulan, dadılan və təmas olunan isimlərdir)
- mqcərrəd isimlər – the Abstract noun (gözlə görülə, bilməyən, toxunulmayan və dadılmayan isimlərdir)
Konkret isimlər də öz növbəsində 2 yerə ayrılır:
- sayıla bilən isimlər – The Countable nouns / count noun
- sayıla bilməyən isimlər – The Uncountable nouns – noncount noun
İsim cümlənin istər baş üzvləri, istərsə də ikinci dərəcəli üzvləri vəzifəsində çıxış edə bilir:
- mübtəda: The teacher ( kim?) explained the new rule – Müəllim yeniqaydanı izah etdi.
- xəbər: My elder brother is a doctor (nəçidir?) – Mənim böyük qardaşım həkimdir.
- tamamlıq: The students translated the text ( nəyi?) in time – Tələbələr mətni vaxtında tərcümə etdilər.
- təyin: There are computer (hansı?) classes in our school – Məktəbimizdə kompüter otaqları var.
- zərflik: yer zərfliyi: We shall be in Baku (harada?) soon – Biz tezliklə Bakıda olacağıq.
- zaman zərfliyi: Children rest in different places in summer (nə vaxt?) – Uşaqlar yayda müxtəlif yerlərdə dincəlirlər.
Qeyd: ismin təyin vəzifəsində cıxış etməsi onun ” nisbi sifət” olması anlamını verir. Bir sözü eyni anda bir və ya bir neçə isim təyin edə bilər (a). Bu halda söz birləşməsinin söz sırasına da xüsusilə fikir verilməlidir (b) :
- a vegetable garden – tərəvəz baxçası . World Tennis Championship – Dünya tennis çempionatı.
- a wine glass – bir (boş) şərab qədəhi /stəkanı
- a glass of wine – bir (dolu) qədəh/stəkən şərab.