
LEKTİON 3.4 – die Verben mit festen Präpositionen
Daiumi önlüklü fellər deyərkən elə fellər başa düşülür ki, onların özlərinin xüsusi önlükləri vardır və bu fellər həmişə məhz öz önlükləri ilə birlikdə işlənilir. Hər bir önlük isə müəyyən bi hal tələb edir. Deməli, biz daiumi önlüklü felləri əzbərləyib yadda saxlamalıyıq. Mən Sizə daha çox rast gəlinən daimi önlüklərin siyahısını və onlara aid kifayət qədər nümunələr verəcəyəm.
Siz isə həmin siyahıdan Sizə lazım olan önlüklü felləri tədriclə əzbərləməyə çalışmalısınız. Biz alman dilini öyrənmək istəyiriksə bu da dil üçün ən vacib olan komponentlərdəndir. Bilirəm ki, azərbaycan dilində önlük olmadığı üçün belə felləri yadda saxlamaq qismən çətindir. Amma başqa yolumuz da yoxdur. Beləliklə, daimi önlüklü fellərin siyahısı:
№ | Fel | Önlüklər | Hal | Tərcüməsi |
---|---|---|---|---|
1 | abhängen | von | Dat. | asılı olmaq |
2 | es hängt ab | von | Dat. | bu ondan asılıdır |
3 | achten | auf | Akk. | diqqət vermək |
4 | anfangen | mit | Dat. | başlamaq |
5 | ankommen | auf | Akk. | irəli gəlmək / asılı olmaq |
6 | anpassen sich | an | Akk. | vərdiş etmək /uyğunlaşmaq |
7 | antworten | auf | Akk. | cavab vermək |
8 | jdn. ärgern | mit | Dat. | hirslənmək (nəyəsə) |
9 | ärgern sich | über | Akk. | acıglanmaq /hirslənmək |
10 | aufhören | mit | Dat. | dayanmaq / kəsilmək |
11 | aufpassen | auf | Akk. | baxmaq / göz yetirmək |
12 | aufregen sich | über | Akk. | əsəbiləçmək |
13 | ausgeben | für | Akk. | xərcləmək / sərf etmək |
14 | bedanken sich | bei für |
Dat. Akk. |
təşəkkür etmək |
15 | beginnen | mit | Dat. | başlamaq |
16 | befreien | von aus |
Dat. Dat. |
qurtulmaq / xilas olmaq |
17 | beklagen sich | bei über |
Dat. Akk. |
şikayətlənmək / şikayət etmək |
18 | bemühen sich | um | Akk | əldə etmək / nail olmaq |
19 | berichten | über | Akk. | məlumat vermək |
20 | beschäftigen sich | mit | Dat. | məşğul olmaq |
21 | beschweren sich | bei über |
Dat. Akk. |
şikayətlənmək /şikayət etmək/gileylənmək |
22 | bestehen | aus | Dat. | ibarət olmaq |
23 | beteiligen sich | an | Dat. | iştirak etmək |
24 | bewerben sich | um | Akk. | ərizə vermək |
25 | beziehen sich | auf | Akk. | aid olmaq |
26 | bitten | um | Akk. | soruşmaq |
27 | denken | an | Akk. | fikirləşmək |
28 | disskutieren | über | Akk. | müzakirə etmək |
29 | einladen | zu | Dat. | dəvət etmək |
30 | entscheiden sich | für | Akk. | qərara gəlmək |
31 | entschließen sich | zu | Dat. | qərar gəlmək |
32 | entschuldigen sich | bei für |
Dat. Akk. |
üzr istəmək |
33 | erfahren | von | Dat. | bilmək |
34 | erholen sich | von | Dat. | istirahət etmək |
35 | eintreten | in | Akk. | daxil olmaq |
36 | erinnern sich | an | Akk. | xatırlamaq |
37 | erkennen | an | Dat. | tanımaq |
38 | erkundigen sich | nach | Dat. | məlumat almaq |
39 | erschrecken | über | Akk. | dəhşətə gəlmək / qorxmaq |
40 | erzählen | über von |
Akk. Dat. |
danışmaq / nağillamaq / söyləmək |
41 | fragen | nach | Dat. | soruşmaq |
42 | freuen sich | auf über |
Akk. Akk. |
şad olmaq |
43 | fürchten sich | von | Dat. | qorxmaq /ehtiyat etmək |
44 | garantieren | für | Akk. | zəmanət vermək |
45 | gehen (es geht) | um | Akk. | söhbət gedir /danışılır |
46 | gehören | zu | Dat. | aid olmaq / məxsus olmaq |
47 | geraten | in unter |
Akk. Akk. |
düşmək (hala, vəziyyətə) |
48 | gewöhnen sich | an | Akk. | öyrəşmək |
49 | grenzen | an | Akk. | həmsərhədd olmaq |
50 | glauben | an | Akk. | inanmaq |
51 | gratulieren | zu | Dat. | təbrik etmək |
52 | halten | für | Akk. | hesab etmək |
53 | es handelt sich | um | Akk. | söhbət gedir /danışılır |
54 | handeln | von | Dat. | danışmaq / hərəkət etmək |
55 | helfen | bei | Dat. | kömək etmək |
56 | herrschen | über | Akk. | hökm sürmək / bir dili yaxşı bilmək |
57 | hindern | an | Dat. | mane olmaq |
58 | hoffen | auf | Akk. | güman etmək |
59 | hören | von | Dat. | eşitmək |
60 | informieren sich | über | Akk. | məlumatlanmaq |
61 | interessieren sich | für | Akk. | maraqlanmaq |
62 | interessiert sein | an | Dat. | maraqlı olmaq |
63 | irren sich | in | Dat. | səhv salmaq |
64 | klagen | über | Akk. | şikayətlənmək |
65 | kämpfen | für | Akk. | mübarizə etmək (aparmaq) |
66 | kommen | zu | Dat. | çatmaq |
67 | es kommt an | auf | Akk. | iş bundadır ki |
68 | konzentrieren sich | auf | Akk. | diqqəti cəmləşmək |
69 | kümmern sich | um | Akk. | qayğısına qalmaq |
70 | lachen | über | Akk. | gülmək |
71 | leiden | an unter |
Dat. Dat. |
əziyyət çəkmək |
72 | jdm. liegt | an | Dat. | asılı olmaq |
73 | nachdenken | über | Akk. | fikirləşmək |
74 | protestieren | gegen | Akk. | etiraz etmək |
75 | rächen sich | an für |
Dat. Akk. |
qisas almaq |
76 | raten jdm. | zu | Dat. | məsləhət görmək |
77 | retten | vor | Dat. | xilas etmək / qurtarmaq |
78 | rechnen | mit | Dat. | hesablamaq / nəzərdə tutmaq |
79 | reden | über von |
Akk. Dat. |
danışmaq (nə haqqdasa) danışmaq (nədənsə) |
80 | riechen | nach | Dat. | iy vermək |
81 | sagen | über zu |
Akk. Dat. |
demək (haqqında) demək (fikir söyləmək) |
82 | schicken | an zu |
Akk. Dat. |
göndərmək / yollamaq (ünvana) göndərmək / yollamaq (kiməsə) |
83 | schimpfen | über | Akk. | söymək |
84 | schmecken | nach | Dat. | dadı olmaq |
85 | schreiben | an an über |
Akk. Dat. Akk. |
yazmaq (kiməsə) yazmaq (nəyinsə üstündə işləmək) yazmaq (nə haqqdasa) |
86 | jdm. schützen sich | vor | Dat. | müdafiə etmək |
87 | sehnen sich | nach | Dat. | darıxmaq |
88 | sehen | von | Dat. | görmək (nəyinsə izini) |
89 | sorgen | für | Akk. | gayğısına qalmaq |
90 | sorgen sich | um | Akk. | niqaran (narahat) olmaq |
91 | sprechen | mit über |
Dat. Akk. |
danışmaq (kimləsə) danışmaq (nə haqqdasa) |
92 | stauen | über | Akk. | təəccüblənmək |
93 | sterben | an für |
Dat. Akk. |
olmək (xəstəlikdən) ölmək (uğrunda) |
94 | streiten | mit für um |
Dat. Akk. Akk. |
mübahisə etmək (kimləsə) mübahisə etmək (nəyəsə görə) mübahisə etmək (nəyinsə üstündə) |
95 | stören | bei | Dat. | mane olmaq |
96 | tauschen | gegen | Akk. | dəyişmək |
97 | träumen | von | Dat. | arzulamaq / xəyal etmək / yuxuda görmək |
98 | teinehmen | an | Dat. | iştirak eymək |
99 | telefonieren | mit | Dat. | zəng etmək |
100 | treffen sich | mit | Dat. | görüşmək (kimləsə) |
101 | etw. zu tun haben | mit | Dat. | işi olmaq (kimləsə, nə iləsə) |
102 | trennen sich | mit | Dat. | ayrılmaq |
103 | überzeugen sich | von | Dat. | əmin etmək |
104 | unterhalten sich | mit über |
Dat. Akk. |
danışmaq /söhbət etmək (nə barədəsə) |
105 | unterscheiden sich | von | Dat. | fərqlənmək |
106 | verabreden sich | mit | Dat. | razılaşmaq |
107 | verabschieden sich | von | Dat. | vidalaşmaq |
108 | vergessen | auf | Akk. | unutmaq |
109 | vergleichen | mit | Dat. | müqayisə etmək |
110 | verlassen sich | auf | Akk. | arxalanmaq |
111 | verlieben sich | in | Akk. | aşiq olmaq / vurulmaq |
112 | verstehen sich | in | Akk. | dərinləşmək |
113 | verstehen | mit | Dat. | bir-birini başa düşmək |
114 | vertiefen sich | von | Dat. | anlamaq / başa düşmək |
115 | vertrauen | auf | Akk. | etibar etmək |
116 | verzichten | auf | Akk. | imtina etmək |
117 | vorstellen sich | unter | Dat. | təsəvvür etmək |
118 | vorbereiten sich | auf | Akk. | hazırlaşmaq |
119 | warnen | vor | Dat. | qorumaq |
120 | warten | auf | Akk. | gözləmək |
121 | werden | zu | Dat. | olmaq /yetişmək |
122 | wissen | von | Dat. | bitmək |
123 | wundern sich | über | Akk. | təəccüblənmək |
124 | zuschauen | auf | Dat. | baxmaq |
125 | zusehen | an | Dat. | müşayət etmək |
126 | zweifeln | an | Dat. | şübhə etmək |
Beləliklə Siz daha tez-tez rast gəıinən daimi önlüklü fellərin siyahısı ilə tanış oldunuz. Bir daha yadda saxlayın ki, daimi önlüklü fellərdən istifadə zamanı bu qaydaya ciddi riayyət olunmalıdır. Fikrimizi daha da aydınlaşdırmaq üçün bu fellərdən biri ilə, misal üçün :
warten – gözləmək felindən istifadə edərək bir nümunə cümlə qurmaq istəyirəm. Bunun üçün nəyə fikir verməliyəm?
1. bu fel hansı önlüyü tələb edir
2. həmin önlük hansı halı tələb edir
3. önlükdən sonra gələn ismin cinsi nədir
4. həmin cinsli isim müvafiq halda necə olmalıdır
Əgər mən bütün bu suallara düzgün cavab versəm, deməli qurduğum cümlə də qrammatik olaraq doğru olacaqdır.
İndi isə cümləni quraq:
Ich warte auf meinen Freund.
Mən dostumu gözləyirəm.
Mən bu cümləni qurarkən fikir verdim ki,
- warten feli auf önlüyü tələb edir
- auf önlüyü Akkusativ halı tələb edir
- mein Freund ismi kişi cinslidir
- kişi cinsi üçün mein yiyəlik əvəzliyi Akkusativdə meinen olur.
Beləliklə mən qurduğum cümlənin qrammatik olaraq doğru olduğunu sübut etdim. Siz də biliyiniz və imkanlarınız daxilində istədiyiniz qədər belə cümlələr qura və onların qrammatik olaraq doğru olduğunu sübut edə bilərsiniz.
MƏNBƏ: www.deutsch.az