Print

Təyin. Azərbaycan dili

4 Bəyənmə Şərh yazmaq

Təyin isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan cümlə üzvlərini müxtəlif cəhətdən izah edir. Təyin izah etdiyi sözdən əvvəl gəlir, ona yanaşma əlaqəsi ilə bağlanır və necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur.

Təyin, əsasən, sifət, say, işarə əvəzliyi, feli sifətlə,eləcə də sifətin xüsusiyyətlərini daşıyan isim və zərflə, təyini söz birləşmələri və feli sifət tərkibi ilə ifadə oluna bilir. Məsələn, Bu, maraqlı kitabdır. Yaxınlıqda xeyli adam var idi. Bu qələm səninkidir. Dəmirçi Yusif  burada idi. Asağı kəndləri su basmışdı. Stolun üstündəki kitabı götürün. Kəndi üç tərəfdən əhatə edən çayın suyu buz bağlamışdı.

Nitq hissələri ilə ifadə olunan təyin sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb təyinlərdir.

Cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir. Məsələn, Qırmızı güllər çox gözəl görünürdü. Uşaq rəngli karandaşları çox sevirdi. Biz doqquzuncu mikrorayonda yaşayırıq. Bu qız çox savadlı qızdır.

Bu cümlələrdə birinci təyin mübtədaya, ikinci tamamlığa, üçünşü zərfliyə, dördüncü isə ismi xəbərə aiddir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: