Print

Cümlə üzvlərinin əlavəsi

89 Bəyənmə 2 Şərh

Cümlədə özündən əvvəlki üzvə aid olub onun mənasını izah edən, konkretləşdirən, həmin üzvün bütün qrammatik formalarını qəbul edən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.

Təyin və feli xəbərdən başqa bütün cümlə üzvlərinin əlavəsi ola bilər. Əlavələr izah etdikləri cümlə üzvündən tire ilə ayrılır. Bəzən əlavədən əvvəl tire əvəzinə, vergül də qoyulur. Tire əvəzinə yəni sözündən də istifadə olunur və ondan  əvvəl vergül qoyulur. Məsələn,

  • Adamların arasında bir nəfər – İlyas gözə dəymirdi. 
  • O, kəndin kənarındakı evə – dostunun evinə yaxınlaşdı. 
  • Sabah, yəni aprelin 20-də işimizi qurtarmalıyıq.
  • Bura babalarımın yurdudur, yəni vətənimdir.

Bəzən cümlədə üçüncü növ təyini söz birləşmələrinin,  feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəflərinə, xitablara aid əlavələr də ola bilir. Məsələn, Səbinənin on birinci sinif şagirdinin fəallığı bütün rayona yayıldı. 

Şəhərə – evinə qayıdanda o, öz fikrində qalmışdı.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.6/5 - (47 votes)

Digər maraqlı məqalələrimiz

loading...

2 comments

İlkin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: