- Language Mag - https://language.az -

Cümlənin həmcins üzvləri

Bəzi cümlələrdə eyni suala cavab verən, cümlənin eyni bir üzvü ilə tabelilik, lakin bir-birilə tabesizlik əlaqəsində olan üzvlər olur. Məsələn,

Cümlədə eyni suala cavab verən, eyni cümlə üzvü ilə bağlı olan, bərabərhüquqlu üzvlər həmcins üzvlər adlanır.

Həmcins üzvlər bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və bir-birindən asılı olmur, biri digərini izah etmir. Onlar  bir-birilə ya sadalama intonasiyası ilə, ya da tabəsizlik bağlayıcıları ilə bağlanır. Məsələn,

Dərələri, təpələri, düzləri duman bürümüşdü. Nə mən, nə sən, nə də o bu işin öhdəsindən gələn deyilik. 

Və, ilə bağlayıcıları ilə bağlanan həmcins üzvlərdən  başqa, digər həmcins üzvlərin arasında vergül qoyulur.

Həmcins üzvlərdə təkrar olunan şəkilçilər, idi, imiş hissəcikləri və qoşmalar axırıncıda saxlanılmaqla qalanlarda ixtisar oluna bilir. Məsələn,

Cümlədə hər bir həmcins üzvün özünün təyini ola bilir. Məsələn, Vətənimin geniş çölləri, uca dağları, sıx meşələri var.

Müxtəlif şəxslərdə olan həmcins mübtədalar arasında I şəxs olduqda xəbər I şəxsin cəmində, olmadıqda isə II şəxsin cəmində olur. Məsələn,

Cümlədə həmcins xəbər məqamında işlənən  yox, deyil sözlərindən sonra da vergül  qoyulur. Məsələn, Sən bu sözlə təkcə mənim deyil, sözlərindən sonra da vergül qoyulur. Məsələn, Sən bu sözlə təkcə mənim deyil, hamının qəlbini qırdın. Sən əslində bura bizə görə yox, başqa işə görə gəlmisən.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (57 votes)