- Language Mag - https://language.az -

Cümlə üzvlərinin iştirakına görə sadə cümlənin növləri

Baş üzvlərin iştirakına görə cümlənin iki növü var:

  1. Cüttərkibi cümlələr
  2. Təktərkibli cümlələr

Cüttərkibi cümləlr. Baş üzvlərin hər ikisinin iştirak etdiyi sadə cümlələr cüttərkibli cümlələr adlanır.

Məsələn, Dərələr uğuldadı. Göylər guruldadı. Biz səyahətə çıxdıq.

Mübtədası I və II şəxsin tək və cəmində olan cümlə lərdə bəzən həmin əvəzlik, yəni mübtədalar buraxılmış olur.Bu cür cümlələr də cüttərkibli cümlələrdir, ona görə ki onların olur. Məsələn,

Mütədası olan və ya buraxılsa da, asanlıqla bərpa oluna bilən cümlələr şəxsli cümlələr adlanır.

İkinci dərəcəli üzvlərin iştirakına görə cüttərkibli cümlələriki növə ayrılır: müxtəsər cümlələr və geniş cümlələr.

Müxtəsər cümlələrdə ikinci dərəcəli üzvlər iştirak etmir. Məsələn, Külək əsir. Qatar dayandı. Hava soyuqdur. Dəniz fırtınalıdır.Ev görünürdü. Bunlar müxtəsər cüttərkibli cümlələrdir.

Geniş cümlələrdə baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər də iştirak edir. Məsələn, Dünəndən, şiddətli külək əsir. Gəncədən gələn qatar vağzalda dayandı. Biz çardaqda oturmuşduq. Kimsə küçə ilə tələsik keçir.Birdən şirin bir musiqi axıb gəldi.

Bunlar geniş cüttərkibli cümlələrdir.

Təktərkibli cümlələr. Ba. üzvlərdən birinin iştirak etdiyi cümlələr təktərkiblu cümlələr adlanır. Təktərkibli cümlələr ya xəbər, ya da mübtəda əsasında formalaşır. Buna görə də təktərkibli cümlələr iki növə bölünür: xəbər əsasında formalaşan təktərkibli cümlələr, mübtəda əsasında formalaşan təktərkibli cümlələr.

Cüttərkibi cümlələr kimi təktərkibli cümlələr də müxtəsər və geniş olur.

Xəbər əsasında formalaşan təktərkibli cümlələrə şəxssiz, qeyri-müəyyən şəxsli və ümumi şəxsli cümlələr aiddir.

Şəxssiz cümlələrin mübtədası olmur və onun təsəvvür edilməsi də qeyri- mümkündür. Belə cümlələrin xəbəri üçüncü şəxsin təkində olur. Bu cümlələrin xəbəri, çox vaxt şəxssiz növdə olan feli xəbərlər və adlarla ifadə olunan ismi xəbərlər olur. Məsələn, Ərizəyə baxıldı. Hər yerdə sakitlikdi. Bayırda soyuqdur. Gecədən xeyli keçmişdi.Bütün şəxssiz cümlələrin xəbəri III şəxsin təkində olur, ancaq xəbəri III şəxsin təkində olan bütün cümlələr şəxssiz olmur.

Şəxssiz cümlələrin xəbəri frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn, Mehribanın ona yazığı geldi. Atasının ona acığı tutdu. Dərsini yaxşı  oxuyan uşaqdan hamının xoşu gəlir.

Şəxssiz cümlələr müxtəsər və geniş ola bilir. Məsələn, Səssizlikdir. Axşamdır -müxtəsər və şəxssiz cümlələr. Kənddə toydur. İsmayılzadənin trestində sakitlikdir. – geniş səxssiz cümlələr.

Qeyri – müəyyən şəxsli cümlələrdə hərəkəti icra edən, işi görən qeyri – müəyyən şəxsə aiddir. Belə cümlələrin xəbəri, əsasən, fellə ifadə olunur və üçüncü şəxsin cəmində olur. Məsələn, Sanki onu yuxudan oyatdılar: Məktəbimizi təmir ediblər. Bizi məhsul yıömına aparadılar. Gecə saatikidə bizi təcili oyatdılar. Mənim barəmdə artıq – əskik danışmasınlar. Bu cümlələrdə oyatdılar, ediblər, apardılar, danışmasınlar xəbərlərinin mübtədalarını müəyyənləşdirmək çətindir, ona görə ki hərəkət qeyri – müəyyən şəxslərə aiddir.

Qeyri-müəyyən şəxsli cümlələrin bir çoxunda elə bil, elə bil ki, sanki, deyəsən, guya ki  və s. sözler işlənir, bələ cümlələrdə işin icraçısı qeyil, qeyri -real olur. Bu cümlələrdə  işin real icraçıları olmur. Məsələn, Eləbil, onu yuxudan silkələyib oyatdılar. Sanki başına bir vedrə qaynar su tökdülər. Xəbərin şəxs .şəkilçisinə görə qeyri müəyyən şəxsli cümlələrə mübtəda  kimi onlar sözünü artırmaq olar, lakin konkret məna ifadə edə bilmədiyindən bu, düzgün hesab olunmur. Qeyri- müəyyən şəxsli cümlələrin müxtəsər olma imkaları çox məhduddur.

Ümumi şəxsli cümlələrdə hərəkət və ya hökm konkret şəxsə deyil, eyni zamanda hamıya aid olur. Məsələn, Gedəni saxlamazlar. Cücəni payızda sayarlar. Nə əkərsən, onu da  biçərsən.

Ümumi şəxsli cümlələr ümumiləşmiş mənalar ifadə edir və əksər halda atalar sözləri, məsəllər, hikmətli sözlərdən ibarət olur.

Ümumi şəxsli cümlələrin xəbəri II şəxsin təkində və III şəxsin cəmində olur.

Ümumi şəxsli cümlələr yalnız feli xəbərli ola bilir. Məsələn, Əvvəl düşün, sonra danış. Sahil boyub addımbaşı balaca qazmalara rast gelirsən.

Bu cümlələr, əsasən, geniş olur. Məsələn, Bu ayların nə vaxt  gəlib – keçdiyini bəzən bilmirsən. Yazılmayan kitabı vərəqləməzlər.

Qeyri-müəyyən şəxsli cümlələrlə ümumi şəxsli cümlələr bir-birinə bənzəyir. Hər iki cümlələrin də xəbərləri III şəxsin cəmində olur. Bunları ferqləndirmək üçün cümlələrin mənalarına diqqət yetirmək lazımdır. Qeyri-müəyyən şəxsli cümlələrdə işin icrası bir və yaxud da bir qrup qeyrimüəyyən şəxsə aid olur. Məsələn, Bu yay məktəbimizin binasını təmir ediblər. Ümumi şəxsli cümlələr isə hamıya, hər kəsə aid olur. Məsələn, Cavan olanda bəyəm sözə baxmazlar?

Ümumi şəxsli cümlələr daha çox geniş olur. Məsələn, Zəmanəyə bir bax! Əvvəl arxı tullan, sonra bərəkalla de. 

Mübtəda əsasında formalaşan təktərkibli cümlələrə adlıq cümlə daxildir. Mübtəda əsasında formalaşan təktərkibli cümlələrdə, yəni adlıq cümlədə xəbər iştirak etmir. Məsələn, Ay ışığı…Şaxta! Buz! Yenə qar. Ön tərəfdə iri bir hovuz…

Əşyanın,hadisənin adını şəkməklə onun mövcud olması haqqında məlumat verən təktərkibli cümlələrə adlıq cümlə deyilir.

Adlıq cümlələrdə hər hansı bir hadisənin danışılan vaxtda mövcud olduğu bildirilir, ancaq bu cümlələrin xəbəri olmadığından həmin hadisə haqqında əlavə hökm və ya məlumat verilmir. Məsələn, Gecə… Bir qaraltı… Zil qara gecə… Tikinti idarəsi. Birinci pərdənin sonu…

Adlıq cümlələr daha çox bədii əsərlərdə, şeir və nəsrdə, xüsusən, dram əsərlərinin  remarkalarında, publisistik əsərlərdə işlədilir. Bu cür cümlələrin vasitəsilə yazıçı və jurnalistlərdə hadisənin baş verdiyi yer və şərait haqda daha təsirli məlumat yaranır. Məsələn, Gəncə xanlığı. Şuşa qalası. Tufan. Dəhşət. Gözəl bəzədilmiş saray.

Adlıq cümlələrdə mübtəda adlıq halda olur və isimlə, ismi birləşmələrlə ifadə olunur.

Adlıq cümlələr də müxtəsər və geniş ola bilir. Məsələn, Gecə .. Qaraltışş Payız. Cəbhə boyu – müxtəsər adlıq cümlələr; Orta əsrlərdən qalma bir saray ..Şirin duyğularla və sevinclərlə dolu aylar! – geniş adlıq cümlələr.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.1/5 - (10 votes)