
LEKTİON 3.10 – die unregelmäßigen Verben
Qaydasız fellər deyərkən fellərin 3 əsas forması, yəni fellərin müxtəlif zaman formaları düzələrkən kök saitini dəyişən fellər nəzərdə tutulur. 3 əsas forma deyərkən aşağıdakı 3 zaman forması başa düşülür:
1. Präsens
2. Imperfekt
3. Perfekt/Partizip II
Buna misal olaraq bir neçə felin adı çəkilən zaman formalarının düzəldilməsinə baxaq. Verilən nümunələrdə qısa olsun deyə biz yalnız 3-cü şəxsin təki üçün, yəni, er, sie, es = man üçün olan zaman formalarını veririk:
gehen, sehen, finden, nehmen, bringen, geben
1. Präsens 2. Imperfekt 3. Perfekt/Partizip II |
geht, sieht, findet, nimmt, bringt, gibt ging, sah, fand, nahm, brachte, gab gegangen, gesehen, gefunden, genommen, gebracht, gegeben |
Belə felləri Siz özünüz də şəxsə görə asanlıqla dəyişdirə bilərsiniz.
MƏNBƏ: www.deutsch.az