Print

Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr.

2 Bəyənmə Şərh yazmaq

İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn cümlələr mürəkkəb cümlələr adlanır.

Mürəkkəb cümlələr quruluşuna görə sadə cümlələrdən fərqlənir. Sadə cümlənin bir, mürəkkəb cümlənin isə iki və daha çox qrammatik əsası olur. Yəni mürəkkəb cümləni əmələ gətirən hər bir tərkib hissənin ayrılıqda mübtədası və xəbəri olur. Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr həm məna, həm də intonasiya cəhətdən birləşmiş olur. Məsələn, Ayını insan ləmək üçün tilsimli adam öldürülməlidir – sadə cümlə; Dəhlizim qapısı açıldı və otağa bir qız daxil oldu  – mürəkkəb cümlə.

Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrin ya  hamısı bərabərhüquqlu olur, yaxud da biri müstəqıl digəri isə ondan asılı olur. Mürəkkəb cümlənin tərkib hissələrində müəyyən şəxsli, qeyri – müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələr işlənə bilər.

Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr birbirinə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik və tabelilik yolu ilə.

Bərabərhüquqlu sadə cümlələr arasındakı bağlılıq tabesiz bağlılıq, qrammatik cəhətdən müstəqil və ondan asılı cümlələr  arasındakı bağlılıq tabeli bağlılıq adlanır.

Tərkibindəki sadə cümlələrin bir-birilə bağlanmasına görə mürəkkəb cümlələr iki yerə bölünür:

  1. Tabesiz mürəkkəb cümlələr
  2. Tabeli mürəkkəb cümlələr.

Tabesiz mürəkkəb cümlələr.

Bərabərhüquqlu sadə cümlələrin birləşməsindən əmələ gələn mürəkkəb cümlələr tabesiz mürəkkəb cümlələr adlanır. 

Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr arasında müəyyən məna əlaqəsi olur və onlar bir- birilə sadalama intonasiyası və ya tabesizlik bağlayıcıları ilə bağlanır. Bu baxımdan tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı tabesiz mürəkkəb cümlələr, bağlayıcısız tabesiz mürəkkəb cümlələr. 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: