- Language Mag - https://language.az -

Bağlayıcılı tabesiz mürəkkəb cümlələr

Tasiz mürəkkəb cümlələrin tərkib hissələri arasında aşağıdakı məna əlaqələri olur:

  1. Birləşdirmə bağlayıcısı: və. Məsələn, O, daha heç vaxt Adilin yanına getmədi və Adil də heç vaxt onu itiribaxtarmadı. Otağın qapısı açıldı və otağa bir qız daxil oldu.
  2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və s. Məsələn,Günaygilin eyvanında işıq yanırdı, ancaq həyət-bacada adam yox idi. Mən də teatra getmək istəyirdim, amma heç cür özümə gələ bilmirdim. 
  3. İştirak bağlayıcıları: həm, həm də, həm də ki, hətta, da, də. Məsələn, Həm abidələrdə  yaxşı tanış olduq, həm də yoldaşlarımızdan biri şəkillərimizi çəkdi. Gecə də keçir, otaq da soyuyur.
  4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn,Biz onu nə evdə, nə də iş yerində tapa bildik.
  5. Bölüşdürmə bağlayıcıları: ya, ya da,  gah, gah da, istər, istərsə də. Məsələn, Buralarda gah taxıl əkilir, gah da bostan bitkiləri becərilir. Ya sən  uşaqları bura gətirəcəksən, ya da mən özüm ora gələcəm.
  6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn və s. Məsələn, Vahidin işi asan idi, yəni iarələrə məktub paylayırdı. O, başın tərpətdi, yəni buna razı idi. 

Qarşılaşdırma, iştirak, bölüşdürmə, aydınlaşdırma və inkar bağlayıcılı tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur.Həmcins xəbərli saddə cümlələrlə tabesiz mürəkkəbcümlələri qarışdırmaq olmaz. Yuxarıdakı bağlayıcılar tabesiz mürəkkəb cümlələrin tərkib həssələrini əlaqələndirir. Məsələn, Bu sözü nə siz demisiniz, nə də biz eşitmişik. Bu cümlədəki nə, nə də bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir. Həmcins xəbərli sadə cümlələrdə isə həmin bağlayıcılar cümlənin həmcins üzvlərini, yəni xəbərləri əlaqələndirir. Məsələn, O nə danışır, nə də gülürdü. Bu cümlədə nə, nə də bağlayıcısı həmcins xəbərləri əlaqələndirmişdir. Bu bağlayşcıların işləndiyi cümlənin sadə və ya mürəkkəb olmasını ayırd  edə bilmək üçün xəbərlərlə mübtədanın əlaqələnib – əlaqələnməməsinə fikir vermək lazımdır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (30 votes)