- Language Mag - https://language.az -

Dərs 3.14 – Alman dilində zaman formaları

LEKTİON 3.1 – Das Tempus

Zaman formalarından danışarkən demək lazımdır ki, ümumiyyətlə hərəkət ancaq üç zaman daxilində mövcuddur:

1. indiki zaman
2. keçmiş zaman
3. gələcək zaman

Bu zamanlardan kənar hərəkət yoxdur. Amma grammatik çalarlarına görə bu zamanlar dilçilikdə müxtəlif grammatik zaman formalarına bölünürlər.

Bu isə o deməıkdir ki, hər bir dilin öz qrammatik zaman qanunları və qaydaları vardır. Məsələn alman dilində üç zaman daxilində baş verən hərəkətlərin 6 qrammatik zaman forması mövcuddur:

1. indiki zaman:       cəmisi 1 qrammatik ifadə forması vardır:

Präsens

2. keçmiş zaman:    cəmisi 3 qrammatik ifadə forması vardır:

Imperfekt
Perfekt
Plusquamperfekt

3. gələcək zaman:   cəmisi 2 qrammatik ifadə forması vardır:

Futurum I 
Futurum II

Azərbaycan dilində bu qrammatik zaman formaları Sizə tamamilə aydın olsun deyə azərbaycan dilinin bir felini alman dilinin bu zaman formalaraı üzrə dəyişək. Bu dəyişmə Sizə imkna verəcək ki, alman dilinin hansı zaman forması azərbaycan dilinin hansı zaman forması ilə eyniyyət təşkil edir.

Beləliklə, gəlin azərbaycan dilində olan öyrənmək felini birinci şəxs üçün, yəni mən şəxsi üçün elə azərbaycan dilində alman dilinin qarammatik zaman formaları üzrə dəyişək:

Präsens öyrənirəm İndiki zaman
Imperfekt öyrənirdim Davamedici keçmiş zaman
Perfekt öyrəndim İndiki bitmiş zaman
Plusquamperfekt öyrənmişdim Keçmişdə keçmiş zaman
Futurum I öyrənəcə(yə)m Qəti gələcək zaman
Futurum II öyrənəcə(k)ydim Qeyri qəti gələcək zaman

Beləliklə, biz alman dilinin qrammatik zaman formaları və onların hansı azərbaycan dili qrammatik zaman formasına uyğun gəlməsinə dair müxrəsər ümumi məlumat əldə etdik. İndi isə həmin zaman formalarının düzəldilməsi və işlədilməsi yerlərin haqqında qaydalar ilə daha yaxından tanış olmaq üçün keçid alırıq 20-ci dərsə, yəni Präsens zaman formasına. Sizə uğurlar.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (21 votes)