
Bağlayıcılı tabesiz mürəkkəb cümlələrdə bağlayıcılar işləndiyi ücün onların məna əlaqələrini tapmaq asan olur. Bağlayıcısız tabesiz mürəkkəb cümlələr isə intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələrdir. Buncümlələrin tərkib hissələri arasındakı məna əlaqəsini tapa bilmək üçün cümlələrin məzmununa və intonasiyasına fikir vermək lazımdır. Məsələn, Mən cəbhəyə getdim, o, cəbhədən qayıtdı – qarşılaşdırma əlaqəsi; Gecə keçmiş, səhər açılmışdı – ardıcıllıq əlaqəsi.
Məna və intonasiyadan asılı olan bu cəhəti bağlayıcıların iştirakı ilə də yoxlamaq olar. Yəni birinci cümləyə amma, ancaq yaxud da lakin, ikinci cümləyə isə və bağlayıcısını artırmaq mümkündür.
İntonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məsələn, Burada çox soyuqdur, Bakıda isə bürküdən nəfəs almaq olmur. Evlər yanmış, var – yox talanmışdı
Bəzi hallarda bağlayıcısız tabesiz mürəkkəb cümlələrin sonuncu tərkib hissələri arasında və bağlayıcısı işlənə bilər.