
LEKTİON 3.15 – das Präsens
Alman dilinin Präsens zaman forması haqqında daha müfəssəl məlumat verməzdən əvvəl onu bildirim ki, 3-cü dərsimizdə biz alman dili şəxs sonluqları barəsində danışmışdıq. Məhz Präsens zaman formasının öyrənilməsində həmin dərsdə olan izahatlardan da istifadə etmək olar. Çünki Präsens zaman formasının düzəldilməsi əsasən fellərin kökünə şəxs sonluqlarının artırılması ilə əmələ gəlir. Mən əsasən dedim, çünki bəzi fellər şəxslər üzrə dəyişərkən kökdə olan saitlər 2-ci və 3-cü şəxsin təkində dəyişir. Bu kökün dəyişilməsi məsələsinə biz birazdan qayıdarıq. İndi isə ümumi qaydalarla, yəni 3-cü dərsdə verilmiş izahatla bir də tanış olaq. Deməli,
Präsens zaman forması = felin kökü + şəxs sonluğu.
Yenidən bizə məlum olan “öyrənmək“ felinin bu dəfə alman variantını “lernen“ felinin şəxslər üzrə dəyişməsinə bir də baxaq.
Bu nümunədə Siz azərbaycan və alman dilində məsdər düzəldən şəkilçini qırmızı rəngdə görürsünüz. Əgər həmin məsdər düzəldən: – azərbaycan dilində mək,maq, alman dilində isə en sonluqlarını atsaq felin kökünü tapmış olururq. Yəni öyrənmək – mək = öyrən, eyni qayda ilə lernen – en = lern qalır.
Bundan sonra isə gəlin alman dilində də həmin feli şəxslər üzrə dəyişək. Bu zaman Siz cədvəldə qırmızı rıngdə alman dili şəxs sonluqlarını görəcəksiniz. Daha sonra isə azərbaycan dili ilə müqayisə edərək, hansı şəxs üçün hansı sonluğun olduğunu özünüz müəyyənləşdirəcəksiniz.
NORMAL ŞƏXSLƏNMƏ
mən öyrən/ir/əm sən öyrən/ir/sən o (kişi) öyrən/ir/– o (qadın) öyrən/ir/– o (orta) öyrən/ir/– biz öyrən/ir/ik siz öyrən/ir/siniz onlar öyrən/ir/lər Siz öyrən/ir/siniz |
ich lerne du lernst er lernt sie lernt es lernt wir lernen ihr lernt sie lernen Sie lernen |
İndiki zaman deyərkən hal-hazırda davm edən hərəkət başa düşülür. İndiki zamanda cümlə və mətn düzəltmək və ya danışmaq üçün sadəcə fellərin şəxslər üzrə dəyişməsi modelindən istifadə edilir. Əslində felin şəxslər üzrə dəyişilməsi ən sadə cümlə növlərindəndir. Cümləni genişləndirmək üçün digər cümlə üzvlərini də artırmaq kifayətdir. Məsələn:
- İch lerne.
- İch lerne Deutsch.
- İch lerne Deutsch in Baku.
- İch lerne Deutsch in Baku in einem Sprachkurs.
- İch lerne deutsch in Baku in einem Sprachkurs beim Zentrum für deutsche Sprache.
- İch lerne deutsch in Baku in einem Sprachkurs beim Zentrum für deutsche Sprache mit meiner Freundin.
- İch lerne deutsch in Baku in einem Sprachkurs beim Zentrum für deutsche Sprache mit meiner Freundin gern.
Gördüyümüz kimi cümləni istənilən qədər genişləndirmək olar. Bu haqqda biz sonralar yenə də danışacağıq.
Bu fellərin şəxslər üzrə dəyişilməsində ümumi haldır. Amma bəzi xüsusi hallar və müstəsnəlar da mövcuddur.
Biz bir qədər yuxarıda dedik ki, bəzi fellər şəxsə görə dəyişərkən kökdə olan saitlər 2-ci və 3-cü şəxsin təkində dəyişir. İndi bununla bir qədər daha yaxından tanış olaq. Tanışlıq üçün ilk əvvəl bir sıra nümunələr verək.
Birinci cədvəldə kökdə olan e saitinin 2-ci və 3-cü şəxsin təkində qısa i və uzun ie səsinə çevrilən fellərdən nümunələrə baxaq:
- lesen – oxumaq (üzündən)
- sehen – görmək, baxmaq
- nehmen – götürmək
- geben – vermək
- sprechen – danışmaq
- essen – yemək
LESEN
ich lese |
SEHEN
ich sehe |
NEHMEN
ich nehme |
GEBEN
ich gebe |
SPRECHEN
ich spreche |
ESSEN
ich esse |
İkinci cədvəldə kökdə olan a saitinin 2-ci və 3-cü şəxsin təkində qısa ä səsinə çevrilən fellərdən nümunələrə baxaq:
- fahren – miniklə getmək
- schlafen – yatmaq
- laufen – qaçmaq, piyada getmək
- halten – saxlamaq, dayandırmaq
- laden – yükləmək
FAHREN
ich fahre |
SCHLAFEN
ich schlafe |
LAUFEN
ich laufe |
HALTEN
ich halte |
LADEN
ich lade |
Üçüncü cədvəldə kökü -s -ss -z və vsaitinin -ß ilə bitən fellərin 2-ci şəxsin təkində tam şəxs sonluğu olan -st deyil, sadəcə -t qəbul edir. Beləliklə də 2-ci və 3-cü şəxsin təkində, bəzən hətta 2-ci şəxsin cəmində sanki kökü yuxarıda sadalanan səslərlə bitən isimlərin yazılışı və deyilişi eyni olur. Fikrimizi nümunələrlə təsdiq edək:
- reisen – səyahət etmək
- essen – yemək
- tanzen – oynamaq, rəqs etmək
- reißen – cırmaq, parçalamaq
REİSEN
ich reise |
ESSEN
ich esse |
TANZEN
ich tanze |
REIßEN
ich beiße |
MƏNBƏ: www.deutsch.az