- Language Mag - https://language.az -

Dərs 3.16 – Bitməmiş keçmiş zaman

LEKTİON 3.16 –  İmperfekt

Davamedici keçmiş zaman deyərkən fellərin “öyrənirdim”, “alırdım” və sair kimi zaman forması başa düşülür. Bu zaman formasının necə adlandırılması əsas şərt deyil, əsas şərt onu başa düşməkdir. Yəni indi Siz başa düşdünüz ki, davamedici keçmiş zaman azərbaycan dilinə və ya əksinə azərbaycan dilindən necə tərcümə edilməlidir.

Bu zaman formasını düzəltmək üçün biz bilməliyik ki, alman dili felləri də ingilis və sair bəzi dillərdə olduğu kimi 2 qrupa bölünürlər:

1. qaydalı fellər
2. qaydasız fellər

Bu qruplar, adlarından da göründüyü kimi sadəcə ona görə fərqlənirlər ki, qaydalı fellər haqqında qayda var, amma qaydasız fellər haqqında isə qayda yoxdur.

Deməli biz qaydalı fellər haqqında davamedici keçmiş zaman formasının düzəldilməsi qaydasını öyrənməli, qaydasız fellərin isə davamedici keçmiş zaman formasını əzbərləyib yadda saxlamalıyıq. Doğrudur, əzbərləmək xoşa gəlməyən hal olsa da, biz öz seçimimizə hörmətlə yanaşaraq, məqsədimizə nail olmaq üçün lazım olan hər bir şeyi etməliyik. Biz bunu bacararıq.

İndi isə gəlin

davamedici keçmiş zaman formasının düzəldilməsi
qaydası ilə tanış olaq. Bu qayda elə də çətin deyil. Çətin olan bir şey vardır: – Qarşımıza çıxan fel haqqında hələ heç bir məlumatımız yoxdursa, biz nədən bilməliyik ki, bizə ras gələn fel qaydalıdır, yoxsa qaydasız?

Bu sualın cavabını tapa bilmək üçün mən Sizə qaydasız fellər üçün əlavə siyahı verəcəyəm. Sizə ilk dəfə ras gələn feli əvvəlcə həmin siyhıda axtaracaqsınız. Əgər həmin fel verilmiş siyahıda yoxdursa, deməli qaydalıdır. Əgər o siyahıda varsa, mütləq elə həmin siyahıda onun davamedici keçmiş zaman forması da göstərilir.

Beləliklə, qaydalı fellərin davamedici keçmiş zaman forması aşağıda verilmiş verilmiş qaydada düzəlir:

felin kökü    +   – te
İndi biz qaydalı fellərin davamedici keçmiş zaman formasının düzəldilməsi qaydası ilə tanış olduq. Bəs qaydalı fellər davamedici keçmiş zaman formasında şəxslər üzrə necə dəyişir, yəni onların təsrifi necə olur?

Bu da çətin bir iş deyildir. Gəlin bir neçə qaydalı fel götürək, əvvəlcə onların davamedici keçmiş zaman formasını dqzəldək, sonra isə şəxslər davamedici keçmiş zamanda təsrif edək. Məsələn:

lernen              –  öyrənmək, məktəbdə oxumaq
leben               –   yaşamaq (həyatda)
lieben               –  sevmək
wohnen            –  yaşamaq (mənzildə)
kaufen              –  almaq (pulla)
machen            –  etmək
reservieren       –  sifariş etmək
telefonieren      –   telefonla danışmaq
studieren          –   təhsil almaq
sagen               –  demək
fragen              –   soruşmaq

Verilmiş bu qaydalı fellərdən davamedici keçmiş zaman formasını düzəltmək üçün əvvəlcə fellərin kökünü tapaq. Bunu üçün felin sonunda olan   -en məsdər şəkilçisini ataq. Onda aşağıdakı vəziyyət alınır:

lernen              –  en  =  lern
leben               –  en  =  leb
lieben               –  en  =  lieb
wohnen            –   en  = wohn
kaufen             –   en  = kauf
machen            –   en  =  mach
reservieren      –  en  =  reservier
telefonieren    –    en =  telefonier
studiere n        –   en  =  studier
sagen               –  en  =  sag
fragen              –   en  =  frag

Indi is- qazdaza uz+un olaraq   “=”   işarəsindən sonra alınan fel köklərinin üzərinə yuxarıda qeyd edildiyi kimi   – te   qaydalı fellərdən davamedici keçmiş zaman forması düzəltməyə xidmət edən   – te   sonluğunu arıraq. Onda bizə lazım olan davamedici keçmiş zaman forması alınmış olar:

lernen              –  en =  lern + te
leben               –  en =  leb + te
lieben               –  en =  lieb + te
wohnen            –  en =  wohn + te
kaufen              –  en =  kauf + te
machen            –  en =  mach + te
reservieren       –  en =  reservier + te
telefonieren      –   en =  telefonier + te
studieren          –   en =  studier + te
sagen               –  en =  sag + te
fragen              –   en =  frag + te

İndi isə həmin fellərin şəxslər üzrə davamedici keçmiş zamanda təsrifinə diqqət yetirək:

ich   lernte
du    lerntest
er    lernte
sie   lernte
es    lernte
wir   lernten
ihr   lerntet
sie   lern ten
Sie  lernten
ich   lebte
du    lebtest
er    lebte
sie   lebte
es    lebte
wir   lernten
ihr   lebtet
sie   leb ten
Sie  lernten
ich   liebte
du    liebtest
er    liebte
sie   liebte
es    liebte
wir   liebten
ihr   liebtet
sie   liebten
Sie  liebten
ich   wohnte
du    wohntest
er    wohnte
sie   wohnte
es    wohnte
wir   wohnten
ihr   wohntet
sie   wohnten
Sie  wohnten
ich   kaufte
du    kauftest
er    kaufte
sie   kaufte
es    kaufte
wir   kauften
ihr   kauftet
sie   kauften
Sie  kauften

Cədvəldən də göründüyü kimi fellərin davamedici keçmiş zaman formasında şəxslər üzrə təsrifi zamanı 1-ci və 3-cü şəxsin təki eyni olur, yəni bu şəxslərdə felin kökünə yalnız zaman formasını düzəldən -te sonluğu, qalan şəxslərdə isə -te sonluğunun üzərinə müvafiq şəxs sonluqları da əlavə edilir.

xüsusi hal
fellərin kökü -t-d-dm-tm ilə bitərkən 2-ci və 3-cü şəxsin təkində və eləcə də 2-ci şəxsin cəmində felin davamedici keçmiş zaman formasını düzəldən -te sonluğu arasına əlavə -e hərfi əlavə edilir. Bu sadəcə sözün tələffüzünü asanlaşdırmağa kömək edir.

Nümunələr:

arbeiten    –   işləmək
melden      –  qeydiyyata salmaq, danışmaq
widmen     –  həsr etmək
atmen       –   nəfəs almaq

ich   arbeitete
du   arbeitetest
er   arbeitete
sie  arbeitete
es   arbeitete
wir  arbeiteten
ihr  arbeitetet
sie   arbeiteten
Sie  arbeiteten
ich   meldete
du    meldetest
er    meldete
sie   meldete
es    meldete
wir   meldeten
ihr   meldetet
sie  meldeten
Sie  melde ten
ich   widmete
du    widmetest
er    widmete
sie   widmete
es    widmete
wir  widmeten
ihr  widmetet
sie   widmeten
Sie  widmeten
ich   atmete
du   atmetest
er   atmete
sie  atmete
es   atmete
wir   atmeten
ihr   atmetet
sie   atmeten
Sie  atmeten

İndi isə gəlin indiki zaman / Präsens və davamedici keçmiş zaman / İmperfekt formalarında bir neçə cümlələr yazaq ki, nəzəri olaraq öyrəndiklərimiz az da olsa praktik olaraq möhkəmlənsin:

Präsens

Meine Familie wohnt jetzt in Baku.
Mənim ailəm indi Bakıda yaşayır.

İch lerne Deutsch sehr gut.
Mən alman dilini çox yaxşı öyrənirəm.

Mein Freund studiert in Deutschland.
Mənim dosatum Almaniyada təhsil alır.

Imperfekt/Präteritum

Meine Familie wohnte früher in Gandscha.
Mənim ailəm əvvəllər Gəncədə yaşayırdı.

İch lernte Deutsch sehr gut.
Mən alman dilini çox yaxşı öyrənirdim.

Mein Freund studierte in Deutschland.
Mənim dosatum Almaniyada təhsil alırdı.

Əlavə olaraq, müvafiq nömrə altında verilmiş tapşırıqları yazılı həll etməklə Siz nəzəri olaraq əldə etdiyiniz biliklərinizi praktik olaraq daha da təkmilləşdirə bilərsiniz.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (3 votes)