
LEKTİON 3.17 – Perfekt
Perfekt deyərkən fellərin “öyrəndim”, “aldım” və sair kimi zaman forması başa düşülür. Bu zaman formasını düzəltmək üçün biz 21-ci dərsdə keçdiyimiz
1. qaydalı fellər
2. qaydasız fellər
bölgüsünü bir daha yadımıza salmalıyıq.
1-ci yerdə mübtəda İch |
2-ci yerdə haben habe |
3-cü, 4-cü, 5-ci … digər cümlə üzvləri mein Diplom in Baku |
sonda Partizip II gemacht. |
Verilmi bu nümunə cümlədə fikir verdinizsə habe və gemacht xüsusi qırmızı və qalın şriftlə verilmişdir. Çünki bunlar haqqında ayrıca danışmaq lazımdır.
Haben köməkçi felinin şəxslər üzrə təsrifini biz artıq 9-cu dərsdə öyrənmişik. Bu gün isə əlavə olaraq onu da bildirək ki, elə 9-cu dərsdə izah edildiyi kimi felin var mənasından başqa bu köməkçi fel əsasən 3 zaman formasının düzəldilməsində köməkçi fel kimi də işlənir.
Əslində bu da qaydalı fellər üçün olan struktura yaxındır. Sadəcə burada 2-ci yerdə təkcə haben köməkçi feli deyil, həm də sein köməkçi feli də işlənə bilər.
1-ci yerdə mübtəda |
2-ci yerdə haben və ya sein |
3-cü, 4-cü, 5-ci … digər cümlə üzvləri |
sonda Partizip II |
Fikir verirsinizsə istər qaydalı, istərsə də qaydasız fellərin Perfekt zaman strukturunda sonda əsas felin Partizip II forması işlənir.
Bəs Partizip II forması ümumiyyətlə nədir, necə düzəlir və necə işlənir?
Partizip II qaydalı fellər üçün: = ge + felin kökü + t
Partizip II qaydasız fellər üçün: = ge + felin kökü // kökə bənzəri + en
Felin Partizip II forması düzəldilərkən 2 halda ge- sözönü əlavə edilmir:
1. Fellər – ieren ilə bitərkən.
Məsələn:
studieren – studiert
telefonieren – telefoniert
reservieren – reserviert
regulieren – reguliert
konjugieren – konjugiert
2. Felin əvvəlində ayrılmayan önşəkilçi olarkən.
Məsələn:
besuchen – besucht
gebrauchen – gebraucht
erlernen – erlernt
Bu haqqda sözönləri bəhsində daha ətraflı danışacağıq.
İndi isə indiki bitmiş zaman forması düzəldilərkən nə vaxt haben və nə vaxt sein işlətməyin lazım olduğunu öyrənək.
2. sich qayıdış əvəzliyi olan fellər
3. seinla işlənməyən qaydasız fellər
1. hərəkət yerdəyişməsi bildirən fellər, yəni gehen – getmək, kommen – gəlmək, fliegen – uçmaq və s.
2. vəziyyət dəyiçməsi bildirən fellər, yəni sterben – ölmək, aufstehen – ayağa durmaq, fallen – yıxılmaq və s.
3. bir grup fellər, yəni werden – olmaq, eintreten – daxil olmaq, sein – dır/dir/dur/dür, bleiben – qalmaq və s.
İndi isə dediklərimizi əyani olaraq görə bilmək üçün indiki davaedici zamanda və indiki bitmiş zamanda bir neçə nümunələrə müraciət edək.
Ich lerne Deutsch.
Die Studentin kommt an die Tafel. Ich sehe im Wohnzimmer zusammen mit meinem Bruder einen Film an . Die aserbaidschanischen Schachspielerspielen heute genug professionell. |
Ich habe Deutsch gelernt .
Die Studentin ist an die Tafel gekommen. Ich habe im Wohnzimmer zusammen mit meinem Bruder einen Film angesehen . Die aserbaidschanischen Schachspieler habenheute genug professionell gespielt. |
Əlavə olaraq, müvafiq nömrə altında verilmiş tapşırıqları yazılı həll etməklə Siz nəzəri olaraq əldə etdiyiniz biliklərinizi praktik olaraq daha da təkmilləşdirə bilərsiniz.
MƏNBƏ: www.deutsch.az
indiki zaman mrqlidir