Print

Bəzi saitlərin uzun tələffüzü

424 Bəyənmə 22 Şərh

Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffuz olunur:

[a:] [e:]
Arif [A:rif],
alim [a:lim],
Sabir [Sa:bir],
şikayət [şika:yət],
əfsanə [əfsa:nə] və s.
etibar [e:tibar],
elan [e:lan],
nemət [ne:mət],
memar [me:mar],
meyar [me:yar] və s.
[ö:] [ə:]
möcüzə [möxüzə],
şölə [şö:lə],
mötəbər [mö:təbər] və s.
məna [mə:na],
bəzi [bə:zi],
tətil [tə:til] və s.

Bəzi sözlərdə [i], [u][o] saitləri də uzun tələffüz olunur: vəsiqə [vəsi:qə], həqiqət [həqi:qət], zinət [zi:nət] sözlərində [i] saiti; Füzuli [Füzu:li], musiqi [mu:siqi], xüsusi [xüsu:si] sözlərində [u] saiti uzun tələffüz olunur.

Dovşan [do:şan], sonra [so:ra], dovğa [do:ğa], lovğa [lo:ğa], tövbə [tö:bə], lövbər [lö:bər], bənövşə [bənö:şə], lövhə [lö:hə], dövlət [dö:lət], şövkət [şö:kət], hövsələ [hö:sələ], növbə [nö:bə], cövhər [cö:hər], gövhər [gö:hər] və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. Belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür. Ancaq bu tipli bəzi sözlər də var ki, onlarda düşmə və uzanma baş vermir: zövq, sövq, mövsünı, dövran, ovçu, gövdə, şövq, ovçuluq, ovlamaq, bülöv və s.

Bəzi qoşasaitli sözlərdə saitlərdən heç biri düşməsə də, uzanma baş verir: qiraət [qira:ət], qənaət [qəna:ət], bəraət [bəra:ət], şücaət [şüca:ət] və s.

Dilimizdəki [ı][ü] saitləri isə uzun tələffüz olunmur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (123 votes)

Digər maraqlı məqalələrimiz

loading...

22 comments

    1. Salam size sual verəcəm .
      Sual:hansı sözlerde i saiti uzun tələffüz olur.
      A)işıq,ilxı,inam
      B)Nigar,ingilab,tıkan
      C)qərinə,xəzinə,qənimət
      D)xilas,xilafət,iradə
      E)icazə,intiqam,iqtisad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: