Print

Dərs 3.18 – Keçmişdə keçmiş zaman

5 Bəyənmə Şərh yazmaq

LEKTİON 3.18 – Plusquamperfekt

Bu zaman formasının nə olduğunu, necə düzəldiyini və nə zaman işlənildiyini başa düşə bilmək üçün əvvəlcə azərbaycan dilindən çıxış edək. Belə bir cümlə yazaq:

Mən evə gələndə, sən getmişdin.

Bu nümunədə iki hərəkət var:

1. sən getmişdin
2. Mən evə gələndə

Fikir verin, hər iki hərəkət keçmişdə baş verir. Amma eyni zamanda olmur. Əvvəlcə bir hərəkət baş verib qurtarır (1.Sən getmişdin), sonra isə ikinci hərəkət baş verir (1. mən evə gələndə). Yəni, bir birinin ardınca keçmişdə baş verən iki hərəkətdən söhbət gedir. Ona görə də bu zamanın adını keçmişdə keçmiş zaman adlandırdıq.

İndi isə həmin cümlənin alman dilində olan variantına baxaq:

Du warst schon gegangen, als ich nach Hause kam.

Bu nümunə də azərbaycan dilində olan cümlənin eynilə tərcüməsi olduğu üçün yenə də iki hərəkət var,

1. Du warst gegangen
2. als ich nach Hause kam 

və burada da hər iki hərəkət bir-birinin ardınca keçmişdə baş verir.

Qrammatik olaraq birinci hərəkət, yəni daha əvvəl baş verən hərəkət (1. Du warst gegangen) PLUSQUAMPERFEKT, ikinci, yəni daha sonra baş verən hərəkət isə (2. als ich nach Hause kam) İMPERFEKT (və ya PRÄTERITUM) zamanda baş verir.

İki hərəkət arasında azərbaycan dilində zaman münasibəti bildirən -anda, -əndə şəkilçisi, alman dilində isə eyni mənanı verən als bağlayıcısı işlədilir.

Bir neçə nümunə ilə fikrimizi daha da aydınlaşdıraq:

Maşın kəndə girəndə Rüstəm kişi küsülü adamlar kimi oturmuşdu.

Sən atama zəng edəndə mən artıq evdən çıxmışdım.

Müəllim dərsi izah edəndə mən bu qaydanı artıq başa düşmüşdüm.

Rustam hatte wie ein beleidigter Manngesessen, als das Auto ins Dorf fuhr .

Ich hatte das Haus schon verlassen, als du meinen Vater anrief.

Ich hatte die regel schon verstanden, als der Lehrer sie erklärte .

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (2 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: