- Language Mag - https://language.az -

Dərs 3.19 – Qəti qələcək zaman

LEKTİON 3.19 – FUTUR 1

Bu zaman forması azərbaycan dilində felin kökünə -acaq, -əcək, -yacaq, -yəcək şəkilçilərindən biri artırılmaqla düzəldilir. Məsələn:

Mən təhsilimi Bakıda davam etdirəcəyəm.

Alman dilində isə Futur I gələcək zaman forması şəkilçi vasitəsi ilə deyil, köməkçi werden feli vasitəsi ilə düzəlir.

Futur I zaman formasının nəqli cümlə modeli

1-ci yerdə
mübtəda

İch

2-ci yerdə
werden

werde

3-cü, 4-cü, 5-ci …
digər cümlə üzvləri

mein Studium in Baku

sonda
Infinitiv

fortsetzen.

Futur I zaman formasının sual sözsüz sual cümlə modeli

1-ci yerdə
köməkçi fel

Werde

2-ci yerdə
mübtəda

ich

3-cü, 4-cü, 5-ci …
digər cümlə üzvləri

mein Studium

sonda
Infinitiv

fortsetzen?

Futur I zaman formasının sual sözlü sual cümlə modeli

1-ci
sual

Was

2-ci
köməkçi

werde

3-cü
mübtəda

ich

və s.
qalanları

sonda
İnfinitiv

fortsetzen?

Deməli, Futur I zaman forması üçün vacib olan fel werden köməkçi felidir. Çünki şəxslər üzrə məhz həmin fel dəyişir, əsas fel isə cümlənin sonunda məsdərdə, yəni İnfinitivdə dayanır. Elə isə gəlin werden köməkçi felinin şəxslər üzrə dəyişməsi, yəni təsrifi qaydası ilə tanış olaq:

  1. ich  werde
  2. du   wirst
  3. er    wird
  4. sie   wird
  5. es    wird
  6. wir   werden
  7. ihr    werdet
  8. sie    werden
  9. Sie   werden

İndi isə bir necə nümunə cümlələr yazaq:

Sən bizə gləcəksən.

Sən bizə gləcəksən?

Biz bu gün valideynlərimizə baş çəkəcəyik.

Biz bu gün valideynlərimizə baş çəkəcəyik?

Biz valideynlərimizə nə vaxt baş çəkəcəyik?

Onlar haraya gedəcəklər?

Du wirst zu uns kommen.

Wirst du zu uns kommen?

Wir werden heute unsere Eltern besuchen.

Werden wir heute unsere Eltern besuchen?

Wann werden wir unsere Eltern besuchen?

Wohin werden sie gehen?

Cədvəldə müvafiq olaraq verilmiş Futurum I zaman formasında olan

1. nəqli cümlə
2. sual sözsüz sual cümləsi
3.sual sözsüz sual cümləsi

dediklərimizin başa düşülməsində yəqin ki, Sizə qismən də olsa kömək edəcəkdir.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (1 vote)