- Language Mag - https://language.az -

Vasitəli və vasitəsiz nitq

Nitq prosesində və ya yazıda bəzən başqasının sözlərindən və ya özünün əvvəllər dediyi sözlərdən istifadə edilir. Bunu iki üsulla etmək olur: ya başqasının nitqi olduğu kimi saxlanılır, ya da müəyyən dəyişikliklər edilməklə onun məzmunu verilir. Birinci üsul vasitəsiz nitq, ikinci vasitəli nitq adlanır.

Vasitəsiz nitqdə başqasının sözləri heç bir dəyişikliyə uğramadan, olduğu kimi təkrar olunur. Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllif sözləri  və vasitəsiz nitq. Müəllif sözləri vasitəsiz nitqin kim tərəfindən, hansı şəraitdə, nə münasibətlə və s. detildiyini göstərir və əksər hallarda dedi, soruşdu, söylədi, əmr etdi, fikirləşdi və s. kimi sözlərlə, nitq felləri ilə bitir. Məsələn, O, üzünü mənə tutub zəif səslə dedi: «Gərək dünən gələydim». Burada O, üzünü mənə tutub dedi müəllifin sözləridir.

Müəllifin sözü cüttərkibli və ya təktərkibli cümlə şəklində formalaşır.

Vasitəsiz nitq müəllif sözlərindən sonra, əvvəl, onun ortasında, eləcə də müəllifin sözlərindən əvvəl və sonra işlənə bilir. Yazıda vasitəsiz nitq dırnaq işarəsi arasına alınır.  Vasitəsiz nitq bir, iki, üç bəzən isə daha çox cümlədən ibarət olur. Müəllif nitqinə intonasiya vasitəsilə qoşulur. Vasitəsiz nitq müəllif (avtor) təhkiyəsinə daxil olduqda dırnaq arasına alınır, dialoqun tərkibində olduqda, adətən, tire vasitəsilə verilir.

Vasitəsiz nitqin yerindən asılı olaraq durğu işarələrindən aşağıdakı qaydada istifadə olunur

  1. Vasitəsiz nitq müəllif sözündən sonra işləndikdə ondan əvvəl iki nöqtə qoyulur. Məsələn, Kərim uca səslə dedi: ” İnanmayın bunlara , yalandır hamısı!” M:«V!»
  2. Vasitəsiz nitq müəllif sözündən əvvəl gəldikdə ondan sonra vergül və tire qoyulr. Məsələn, «Mənim bu işlərdən xəbərim yoxdur» – deyə o, nəhayət dilləndi «V-» m 
  3. Vasitəsiz nitq müəllif sözünün  ortasında işləndikdə  ondan əvvəl iki nöqtə, sonra isə vergül və tire  qoyulur. Məsələn,  O, paltosunu soyuna – soyuna: « Sizi gözləməyə səbtim çatmadı, qzü gəldim» – dedi M: «V» -m 
  4. Müəllif sözü vasitəsiz nitqin ortasında işləndikdə ondan əvvəl və sonra vergül və tire qoyulur. Məsələn, «Gedək dedi,- özün orada görərsən.» « V, -m-v»
  5. Müəllifin nitqi ilə  vasistəsiz nitq növbələşir. Məsələn, Yaçlı qadın: « Xəstəm var, ay  qardaş» , – deyirdi, – gələ bimərəm », kişi başını yellədi M:«V» -m, «v» , m. 
  6. İki və  daha artıq adamın danışığından ibarət olan dialoq vasitəsiz nitqin bir formasıdır. Dialoqun tərkib hissəsi olduqda vasitəsiz nitq dırnaq arasında deyil, tire ilə vernir. Məsələn,

Vasitəli nitqdə başqasının sözlərı olduğu kimi deyil, dəyişilmiş şəkildə verilir. Tərkibində vasitəli nitq olan cümlələrin  bir hissəsi müəllif sözlərindən, digər hissəsi başqasının nitqinin məzmunundan (vasitəli nitqdən) ibarətolur. Vasitəli nitq, bir qayda olaraq , budaq, cümlə şəklində formalaşır, müəllif sözündən sonra gəlir. Məsələn, Anası dedi ki, axşama yaxşı hazırlaşın, qonağımız olacaq.

Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən dırnaqlar və tire atılır, vasitəsiz nitq çevrilərkən dırnaqlar və tirə atılır, vasitəsiz nirq tamamlıq budaq  cümləyə çevrilərək  ki bağlayıcısı ilə müəllif sözünə (baş cümləyə) bağlanır. Vasitəli nitqdə  olan şəxs əvəzlikləri və xəbərdəki şəkilçilər ümumi mənaya müvafıq olaraq dəyişilir. Vasitəli nitqdə vasitəsiz nitqə məxsus olan intonasiya da olmur. Vasitəsiz nitq vasitəli nitqə çəvrilətkən xitab və nidalar ssaxlanılmır.

Məsələn,

Vasitəsiz nitq

Vasitəli nitq

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (44 votes)