Print

Sitatlar. Durğu işarələri

22 Bəyənmə 1 Şərh

Sitatlar öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının dediklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlardır.

Sitatlar, əsasən, vasitəsiz nitq şəklində verilir. Məsələn,  Üzeyir Hasıbəyov «Mərəzlərimizdən biri» məqaləsində yazır: «Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir».

Əgər bütöv cümlədən ibarət olan sitatda bəzi sözlər ixtisar edilirsə, buraxılmış sözlərin yerinə üç nöqtə qoyulur. Məsələn, Üzeyir Hacıbəyov yazır: «…elm və fəndə dala qalmağımız, hamısı bizim cürətsizliyimizdən naişdir».

Sitatlar vasitəli nitqə oxşayan şəkildə də verilə bilər, lakin bu zaman sitat olduğu kimi saxlanılır vəə dırnaq içərisində yazılır. Məsələn, Üzeyr Hacıbəyovun fikrincə:« hər bir işdə cürət lazımdır»

Sitat gətirilərkən onun götürüldüyü mənbə dəqiq göstərilməlidir.

Durğu işarələri.

Mətnin düzgün başa düşülməsi üçün durğu işarələri yerli – yerində işlədilməlidir. Yazıda aşağıdakı durğu işarələrindən istifadə edilir: vergül, nöqtə, nöqtəli vergül, qoşa nöqtə, üç nöqtə, sual işarəsi, nida işarəsi, tire, mötərizə, dırnaqlar. Abzas da durğu işarəsi vəzifəsini yerinə yetirir. Durğu işarələrinin işlənmə məqamları aşağıda göstərilmişdir.

Vergül. Vergül fransızca qol – budaq, hissə deməkdir.

  1. Bir- birindən vergüllə ayrılır:

-cümlənin həmcins üzvləri;

-mürəkkəb cümlənin tərkib hissələri.

2. Vergül aşağıdakılardan sonra qoyulur:

  • cümlənin əvvəlində gələn xitablardan, ara sözlərdən;
  • cümlənin əvvəlində gələn və adi intonasiya ilə deyilən nidalardan;  bəli, hə , xeyr, yox sözlərindən:
  • o, bu əvəzlikləri ilə ifadə olunan və isim, sifət, sayla ifadə olunan cümlə üzvündən əvvəl gələn mübtədaddan;
  • həmcins xəbərin yerinə işlənən deyil, yox sözlərindən;
  • ifadə etdiyi hərəkət mübtədaya aid olan -ib şəkilçili feli bağlamalardan.

3. Əvvəl vergül qoyulur:

  • cümlənin axırında gələn xitablardan, ara sözlərdən;
  • cümlənin axırında gələn və adi intonasiya ilə deyilən nidalardan: bəli, hə, xeyr, yox sözlərindən.

4. Hər iki tərəfində  vergül qoyulur:

  • cümlənin ortasında gələn xitabların, ara sözlərin:
  • cümlənin ortasında gələn və adi intonasiya ilə deyilən nidaların: bəli, hə, xeyr, yox sözlərinin.
  • Nöqtə. Nöqtə qoyulur:
  • nəqli cümlələrin və sakit intonasiya ilə deyilən əmr cümlələrinin sonunda;
  • ad, ata  adlarının baş hərflərindən sonra
  • dram əsərlərində iştirak adən şəxslərin adlarından sonra.
  • Nöqtəli vergül. Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrdə həmcins üzvlər olarsa, həmin mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyulur.
  • Qoşa nöqtə. Qoşa nöqtə qoyulur:
  • cümlənin həmcins üzvlərindən əvvəl gələn ümumiləşdirici sözdən sonra:
  • aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında:
  • müəllif sözündən sonra gələn vasitəsiz nitqdən əvvəl.
  • Üç nöqtə. Üç nöqtə qoyulur:
  • – sitatlarda buraxılan söz və ya cümlənin yerində :
  • -cümlədə fikrin bitmədieini və yavdərin hiss- həyəcan nəticəsində  axıra kimi deyilmədiyini göstərmək üçün :
  • -hiss -həyəcan nəticəsində danışanın fasilə etdiyini bildirmək üçün.
  • Sual işarəsi. Cavab almaq üçün işlənən sual cümlələrinin sonunda sual işarəsi qoyulur.

Bəzən emosiomallığı gücləndirmək üçün sual cümlələrinin sonunda iki və ya üç sual işarəsi qoyulur.

Nida işarəsi. Nida işarəsi qoyulur:

  • nida cümlələrinin və yüksək tonla  deyilən əmr cümlələrinin sonunda:
  • hiss – həyəcanla deyilən xitablardan və nidalardan sonra.

Hiss – həyəcanı daha güclü ifadə etmək üçün bəzən iki və ya üç nida işarəsi qoyulur.

Tire. Tire qoyulur:

  • cümlənin həmcins üzvlərindən sonra gələn ümumiləşdirici  sözlərdən əvvəl:
  •  əlavələr ilə onların aid olduqları cümlə üzvləri arasında:
  • -əlav cümlələrin hər kik tərəfində
  • xəbərlik şəkilçisi buraxılmış və adlıq halda işlənən ismi xəbərdən əvvəl:
  • dialoqda replikaların əvvəlində;
  • müəllif sözü ilə vasitəsiz nitq arasında;
  • zaman, məkan, kəmiyyət hüdudlarını göstərən iki  söz arasında (beş-on dəqiqə, ərzində,Baki- İstanbul təyyarəsində)
  • Möterizə. Mötərizə içərisində verilir:
  • -əlavə sözlər:
  • sitat müəllifinin adı,mənbənin adı, əsərin nəşr ili  və s:
  • dram əsərlərində remarkalar mötərizə içərisində verilir.
  • Dırnaqlar. Dırnaqlar arasında yazılır:
  • -vasitəsiz nitqlər və sitatlar;
  • qəzət, jurnal, ədəbi əsər, musiqi əsəri, gəmi, mehmanxana və s. adları
  • cümlədə öz həqiqi mənasında deyil, məcazi mənada, əks mənada, kinayə və ya istehza ilə işlədilən sözlər.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (6 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Səbuhi Quluzadə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: