- Language Mag - https://language.az -

Dilçilik. Azərbacan dili

Cəmiyyətdə müxtəlif elm sahələri mövcuddur: riyaziyyat, kimya, fizika, coğrafiya, fəlsəfə və s. Bunların hərəsi təbiətin, cəmiyyətin, həyatın müəyyən bir sahəsini öyrənir. Bu elmlər içərində əhəmiyyətli yərlərdən birini də dilçilik tutur. Dilçilik elmi cəmiyyətimiz üçün vacib olan, ictimai hadisə sayılan dili öyrənir. Dilçilik elmi dünyanın ən qədim elmlərindən biridir. Qədim çinlilər, hindlilər, yunanlar, ərəblər bu elmlə məşğul olmuş, bu ekmdən istifadə etmişlər. Türk xalqları da dilçilk  elmi ilə məşğul olmuş, bu elm barəsində axtarışlar aparmışdır. Türk xalqlarının ən böyük dilçisi XI əsrdə yaşmış dilçi alim Mahmud Kaşğari olmuşdur. O, türkologiya elminin banisi olmuş, məşhur «Divanu luğətit – türk» əsərinin müəllifi kimi məşhurlaşmışdır.

Çox qədim dövrlərdən bəri, yazılı və şifahi ədəbiyyatımızda hər zaman dil, söz haqqında maraqlı fikirlər söylənmişdir. Sözün,  dilin qüdrəti hələ qədim zamanlardan insanlara bəlli idi. Klassiklərimiz sözü həmişə qiymətləndirmiş, dili düşüncə, mənəviyyatla sız bağlı olan bir hadisə hesab etmişlər:

Xalq yaradıcılığında da dil, söz haqqında hikmətli sözlər söylənmiş, dili insanın zehni, ruhi yaşayışının ifadəçisi kimi göstərmişlər. Məsələn, «Dil var, var gətirər, dil var bəla», «Söz quşdur, buraxsan uçar gedər, geri gəlməz», «Sözsüz ev olmaz, çalğısız toy olmaz», «Dil insanın özüdür».

Əslində əsl dilçilik dilin quruluşu haqda elmi əsərlədir. Bugünkü günümüzdə Azərbaycan dili  yüksək inkişaf mərhələsindədir. Dilçiliyimiz qədim tarixə malikdir, bütün elmlər kimi dilçilik də inkişaf edir,  irəliləyir.

Dilçiliyin müxtəlif şöbələri var. Fonetika, leksikologiya, frazeologiya, morfologiya, sintaksis dilçiliyin şöbələrinə daxildir. Bunlar sizə tanış olan şöbələrdir. Dilçiliyin bu şöbələrindən başqa etimologiya, lüğətçilik, dialektologiya kimi bölmələri də vardır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.6/5 - (9 votes)