
LEKTİON 4.6 – die Fälle
Hal kateqoriyası nədir?
– Hal kateqoriyası dedikdə isimlərin müxtəlif hallarda olması başa düşülür.
İsimlər niyə müxtəlif hallarda olurlar?
– İsimlər müxtəlif hallarda olmasına alman dilində yalnız 2 (iki) səbəb var:
1. Fellər
2. Önlüklər
Alman dilində də bütün dillərdə olduğu kimi isimlər müxtəlif hallarda olurlar. Alman dilində cəmisi 4 hal vardır:
NOMİNATİV – ADLIQ HAL
GENİTİV – YİYƏLİK HAL
DATİV – YÖNLÜK HAL
AKKUSATİV – TƏSİRLİK HAL
Biz ikinci dərsimizdə, yəni cins kateqoriyası bəhsində alman dili isimlərinin bir sıra başqa dillərdə olduğu kimi 3 cinsə bölündüyündən artıq danışmışdıq. Azərbaycan dilində ismin sonluğu ilə halları təyin etmək olur. Məsələn:
ADLIQ HAL ata sualı: kim? nə?
YİYƏLİK HAL atanın sualı: kimin? nəyin?
YÖNLÜK HAL ataya sualı: kimə? nəyə?
TƏSİRLİK HAL atanı sualı: kimi? nəyi? (nə?)
Bu nümunə dediklərimizin sübutudur, yəni ismin sonu dəyişməklə isim haldan-hala düşür. Alman dilində isə ismin özü çox az hallarda dəyişir, hallar üzrə əsasən artikl dəyişir. Gəlin dediklərimizi müəyyən və geyri müəyyən artikllərdən istifadə etməklə bir neçə nümunə üzərində göstərək:
Önlüklə və ya önlüksüz olaraq müəyyən hal tələb etməsi xüsusiyyətinə görə fellər 3 qrupa bölünürlər:
1. imtiyazlı fellər
2. birbaşa hal tələb edən fellər
3. ixtiyari önlük və sonradan hal tələb edən fellər
Nümunələrə baxaq:
helfen – kömək etmək
ähnlich sein – oxşamaq
Bu fellərdən Dativ halın sualını (wem?) – yəni (kimə?, nəyə?) vermək olur. Bu isə o deməkdir ki, bu fellər Dativ halını tələb edirlər.
Daha başqa nümunələr:
lernen – öyrənmək
sehen – görmək
lieben – sevmək
Bu fellərdən Akkusativ halın sualını (wen?) – yəni (kimi?, nəyi?) vermək olur. Bu isə o deməkdir ki, bu fellər Akkusativ halını tələb edirlər.
Nümunələrə baxaq:
schlafen – yatmaq
sitzen – oturmaq
studietren – təhsil almaq
Bu fellərdən çıxış edərək nə Dativ hala aid (wem?) – yəni (kimə?, nəyə?), nə də Akkusativ hala aid (wen?) – yəni (kimi?, nəyi?) suallarını vermək olmur.
Biz bu fellərin əminliklə imtiyazlı fellər qrupuna aid olmadığını bildikdən sonra bu fellərin məhz ixtiyari önlük və sonradan hal tələb edən fellər qrupuna aid olduğu müəyyənləşir.
İmtiyazlı fellər qrupuna aid olan fellər müstəsna olmaqla qalan fellərin hansı halları daha çox tələb etməsi ardıcıllığını təxminən belə göstərmək olar:
Dativ və Akkusativ halları – ən çox
Nominativ halı – çox nadir hallarda
Genitiv hali – rast gəlinmir.
DİQQƏT!!! Fellərin imtiyazlı fellər qrupuna aid olmadığını əminliklə bildikdən sonra onların: birbaşa hal və ya önlük və sonradan hal tələb edən fellər qrupuna aid olmasını müəyyən etmək üçün yalnız Dativ (wem?) və Akkusativ (wen?, was) hallarına müvafiq sualları verin! Deməli, bir daha yadda saxlayaq ki, bu suallarla işlənən fellər aid olduğu müvafiq halı tələb edir, bu sualla işlənə bilməyən fellər isə ixtiyari önlük + hal qrupuna aiddir!!
MƏNBƏ: www.deutsch.az