
LEKTİON 4.9 – der Dativ
İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir.
Yönlük hal:
1. fellərdən objektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya
2. Önlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir.
Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir.
təkdə NOMİNATİV və DATİV halda
der Tisch – stol der Kuli – diyircəkli qələm der Wagen – avtomobil der Student – tələbə der Schüler – şagirddas Hotel – hotel, mehmanxana das Zimmer – otaq das Buch – kitab das Heft – dəftər das Kind – uşaq die Stadt – şəhər |
dem Tisch dem Kuli dem Wagen dem Student dem Schülerdem Hotel dem Zimmer dem Buch dem Heft dem Kind der Stadt |
Cədvəldən də göründüyü kimi kişi və orta cinslər üçün DATİV hal eynidir. Bu yalnız müəyyən artikllər üçün deyil, ismin əvvəlində işlənən bütün izləyici sözlər üçün də eynidir. İndi isə digər izləyici sözlərlə (qeyri müəyyən artikl, inkar əvəzliyi,yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və s.) NOMİNATİV və DATİV hallar üçün cədvəl quraq:
Tisch – stol Kuli – diyircəkli qələm Wagen – avtomobil Student – tələbə Schüler – şagird ein//kein//mein//dieses//welches eine//keine//meine//diese//welche |
Tisch Kuli Wagen Student Schüler einem//keinem//meinem//diesem//welchem einer//keiner//meiner//dieser//welcher |
İndi isə isimlərin cəmdə DATİV halı üçün cədvələ baxaq. Bilməliyik ki, isimlərin cəmdə cinsi olmur. Yəni bütün isimlər cəmdə olarkən onları geyri müəyyən artikklə, jeder,jedes, jede kimi təklik bildirən izləyici sözlərlə işlətmək olmaz. Bu zaman yalnız cəmdə işlədilməsi mümkün olan izləyici sözlər ismin əvvəlində gələ bilər. Fikrimizi cədvəldə göstərək:
Tische – stollar Kulis – diyircəkli qələmlər Wagen – avtomobillər Studenten – tələbələr Schüler – şagirdlər Hotels – hotelllər Städte – şəhərlər |
Tischen Kulis Wagen Studenten Schülern Hotels Städten |
DİQQƏT! Bu zaman bir şeyə fikir verin ki, isimlər cəmdə olarkən somunda n və s olmayan bütün isimlərə mütləq cəmdə DATİVdə əlavə n sonluğu artırılır.
MƏNBƏ: www.deutsch.az