
LEKTİON 4.11 – Die Deklination der Substantive
Alman dilində də azərbaycan dilində olduğu kimi isimlər hallar üzrə dəyişir, yəni hallanır.
Alman dilində azərbaycan dilindən fərqli olaraq cəmisi 4 hal mövcuddur.
1. Nominativ wer? was?
— Adlıq hal kim? nə?
2. Akkusativ wen? was?
— Təsirlik hal kimi? nəyi?
3. Dativ wem?
— Yönlük hal kimə? nəyə?
4. Genitiv wessen?
— Yiyəlik hal kimin? nəyin?
Bütün isimlər ilkin halda, yəni lüğətdə Nominativ-də, soz birləşmələrində və cümlələrdə işlənərkən isə müxtəlif hallarda ola bilir. Bəs hallanmaya səbəb olan əsas amillər nədir?
Bu sualın düzgün cavabı belədir:
1. fel və 2. önlük
Beləliklə, indi isə isimlərin təkində və cəmində mövcud olan 5 hallanma növü ilə tanış olaq. Bunlardan 4-ü təkdə və 1-i isə cəmdə olur:
1.-qüvvətli hallanma
— die starke Deklination
2.-zəif hallanma
— die schwache Deklinatio
3.-qarışıq hallanma (buna xüsusi hallanma da deyirlər)
— die gemischte Deklination (auch die Sonderdeklination)
4.-qadın cinsli isimlərin hallanması
— die weibliche Deklination
5.-isimlərin cəmdə hallanması
— die Deklination im Plural
MƏNBƏ: www.deutsch.az