Print

İsim nitq hissəsi

46 Bəyənmə 1 Şərh

Əşyanın adını bildirən, kim? nə? və bəzən hara? suallarından birinə cavab olan nitq hissəsi isim adlanır.

Burada əşya dedikdə bütün konkret (kitab, torpaq, daş, qaşıq, duz, avtomobil, silah, kağız və s.) və mücərrəd (fikir, xəyal, pislik, yaxşılıq, borc, avamlıq, müvəffəqiyyət, məqsəd və s.) varlıqlar nəzərdə tutulur. Lüğət tərkibindəki sözlərin çoxunu isimlər təşkil edir.

İsimlər kəmiyyətcə tək və ya cəm olur. İsmin cəmdə olmasını göstərən əlamət -lar2 şəkilçisidir. Məsələn, adam – adamlar, kitab – kitablar, çiçək — çiçəklər, fıkir – fıkirlər və s. -lar2 şəkilçisi əşyanın iki və daha çox olduğunu bildirir. Əşyanın konkret sayını bildirmək üçün ismin əvvəlinə say artırılır və isim cəm şəkilçisi qəbul etmir: üç kitab, səksən manat, iyirmi dörd şagird və s.

Dilimizdə toplu isimlər də mövcuddur. Formaca tək olan, mənaca çoxluq bildirən isimlərə toplu isimlər deyilir. Məsələn, xalq, camaat, sürü, qoşun, ordu, əhali və s. Bəzi toplu isimlər vardır ki, onlara cəm şəkilçisi də artırmaq mümkündür. Məsələn, sürülər, ilxılar, qoşunlar, xalqlar və s. Lakin camaat və əhali sözləri cəm şəkilçisi qəbul etmir. Toplu isimlər cümlənin mübtədası olan zaman xəbər təkdə işlənir. Məsələn, Xalq bu ağrıya hazır deyildi.

İsimlər canlı və cansız əşyalann adını bildirmək baxımından iki yerə bölünür:

  1. Canlı isimlər – adam, insan, uşaq, oğlan, qız, əmi, dayı, Təbriz, Könül, quzu, inək, göyərçin və s.
  2. Cansız isimlər – toz, hava, fəlakət, daş, bulud, pla- net, qələm, çanta və s.

Dilimizdə konkret və mücərrəd isimlər də var. Konkret isimlər gözlə görülə bilən, əl ilə toxunulması mümkün olan əşyaların adlarını bildirir. Məsələn, kitab, ev, qəzet, jurnal, kağız, şkaf, güzgü, taxta və s.

Mücərrəd isimlər isə gözlə görülməyən, toxunulması mümkün olmayan əşyaların adlarını bildirir. Məsələn, xəyal, yııxu, röya, arzu, səadət, xoşbəxtlik, fıkir və s. Bu isimlərə, yəni mücərrəd isimlərə toxunmaq, onları görmək mümkün olmasa da, onları dərk etmək olur.

İsmin bildiyimiz kimi üç sualı var: kim? nə? hara? Bunlardan kim? sualı canlı isimlərə, nə? sualı cansız isimlərə, hara? sualı isə məkan bildirən isimlərə verilir.

İsimlər cümlədə mübtəda, xəbər, tamamlıq, təyin, yer zərfliyi və xitab vəzifəsində işlənə bilir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.6/5 - (17 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: