Print

Dərs 4.13 – Isimlərin zəif hallanması

Bəyənmək Şərh yazmaq

LEKTİON 4.13 – die schwache Deklination der Substantive

İsimlərin zəif hallanmasına yalnız bir sira konkret sonluqlarla bitən və əsasən canlıları göstərən kişi cincli isimlər daxildir. Misal üçün:

а) -e sonluğu ilə bitən kişi cinsli isimlər (der Russe, der Junge, der Löwe),

b) əvvəllər -e sonluğu ilə bitən və sonralar bu sonluğu itirmiş kişi cinsli isimlər (der Herr, der Mensch, der Held, der Bär, der Barbar, der Narr, der Christ, der Prinz, der Fürst, der Graf),

c) vurğu qəbul edən -ent, -ant, -et, -at, -ot, -ist, -nom, -soph, -graph, -log(e) sufiksləri ilə bitən kişi cinsli isimlər (der Student, der Laborant, der Poet, der Soldat, der Patriot, der Optimist, der Agronom, der Philosoph, der Geograph, der Philologe).

Zəif hallanmanın əlaməti Nominativ haldan başqa qalan bütün hallarda ismin özünün -(e)n sonluğu almasıdır.

-e ilə bitən isimlər:
Nom.     der Junge
Akk.      den Jungen
Dat.       dem Jungen
Gen.      des Jungen

əvvəllər -e sonluğu ilə bitən və sonralar bu sonluğu itirmiş kişi cinsli isimlər
Nom.     der Menschen
Akk.      den Menschen
Dat.       dem Menschen
Gen.      des Menschen

Nom.     der Herr
Akk.      den Herrn
Dat.       dem Herrn
Gen.      des Herrn

vurğu əbul edən -ent, -ant, -et, -at, -ot, -ist, -nom, -soph, -graph, -log(e) sufiksləri ilə bitən kişi cinsli isimlər

Nom.     der Student
Akk.      den Studenten
Dat.       dem Studenten
Gen.      des Studenten

MƏNBƏ: www.deutsch.az

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Dərs 4.13 – Isimlərin zəif hallanması
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: