Print

Fonetik norma. Leksik norma.

140 Bəyənmə 1 Şərh

Söz ümumxalq dilində müxtəlif formalarda işlənsə də, ədəbi dildə yalnız bir formada tələffüz olunur və yazılır. Fonetik norma özü iki yerə bölünür: orfoepik norma, orfoqrafik norma.

Orfoqrafik və orfoepik normalar dilin fonetik və qrammatik( morfoloji) normaları əsasında yaranır. Azərbaycan xarakterini, tipologiyasını müəyyən edir. İltisaqilik ədəbi dildə, onun normalarında əsas şərt kimi gözlənilir: sözlər ahəng qanununa tabe olur, şəkilçilər sözün sonuna qoşulur və cümlə qrammatik kateqoriyalarla təşkil olunur.

Sözün ədəbi dildəki tələffüz forması orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur.

Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar isə orfoqrafiya lüğətində əks olunur. Həm orfoepik, həm də orfoqrafik normalar dilin fonetik quruluşu, xüsusilə də ahənq qanunu ilə müəyyən edilir.

Fonetik normada dəyişmə prosesi güc baş verir. Hər bir dildə olduğu kimi Azərbacan dilində də bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında fərqlər özünü göstərir. Bəzi sözlər vardır ki, onları tələffüz edildiyi kimi  yazmaq, və yaxud da yazıldığı kimi tələffüz etmək səhvdir. Məsələn [yarpax’] deyilir, yarpaq yazılır; [oğlannar] deyilir, oğlanlar yazılır;  [ma:ş] deyilir, maaş yazılır və s. Beləliklə, fonetik norma düzğün tələffüz və düzgün yazı şəklində təzahür edir.

Leksik norma.

Azərbaycan dilinin lüğət tərkibi  çox zəngindir. Burada əsl türk sözləri ilə yanaşı, forma və məzmunca türkləşmiş ərəb və fars sözləri də işlənir. Daha sonrakı illərdə isə Azərbaycan dilinə Avropa dillərinə məxsus çoxlu sayda söz daxil olmuşdur. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.

Fonetikaya və qrammatikaya nisbətən leksik normada dəyişiklik daha çox baş verir. Milli sözlər alınma sözlərdən daha fəaldır, onlar yüksək işlənmə tezliyinə malikdir. Milliləşmiş alınma sözlər isə ikinci yeri tutur. Elə alınma sözlər də var ki, ədəbi dilin müəyyən bir üslubu üçün xarakterikdir. Məsələn, elmi üslubda olan sözlərin ( terminlərin) çoxu alınma sözlərdir, o sözləri yalnız həmin elm sahəsi ilə məşğul olan elm adamları işlədir.

Ləksik norma hər kəsdən sözün mənası ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən  mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi – leksik norma pozulacaq. Məsələn, Anam başımın yanında dua deyirdi. Qulağıma hardansa  bir səs toxundu. Bu cümlələrdə leksik norma pozulmuşdur. Buradakı deyirdi, toxundu sözləri yerində işlənməyib. Əslində bu səzlər cümlələrdə belə işlənməlidir:

Anam baçımın yanında dua oxuyurdu. Qulağıma hardansa bir səs dəydi.

Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.

Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (76 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: