- Language Mag - https://language.az -

Mürəkkəb adlar

Mürəkkəb adlara idarə və təşkilatların, bayramların, dövlət təltiflərinin adları və coğrafi adlar aiddir.

Mürəkkəb adlar xüsusi isimlərdən onunla fərqlənir ki, xüsusi isimlər ayrı-ayrı sözlərdən, mürəkkəb adlar isə söz birləşmələrindən ibarət olur. Məsələn: Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Qurban bayramı, Azadlıq meydanı, Xəzər dənizi və s.

Mürəkkəb adların yazılmasında üç qayda vardır.

  1. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin hamısı böyük hərflə başlanır:
  1. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə başlanır:
  1. Fəxri adlarda dövlətin adından başqa qalan sözlər kiçik hərflə başlanır. Məsələn: Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar müəllimi və s.

Mürəkkəb adlar bütövlükdə bir cümlə üzvü olur. Mürəkkəb adların bir çoxu ixtisarlar şəklində yazılır. Məsələn: Azərbaycan Milli Elmlər Akademiyası – AMEA, Bakı Dövlət Universiteti — BDU, Birləşmiş Millətlər Təşkilatı – BMT, Azərbaycan Dövlət Nəşriyyatı – Azərnəşr və s.

Mürəkkəb ixtisarların oxunuşu onların asan və gözəl səslənməsinə görə müəyyən edilir. Məsələn: BMT- be-em- te, MDB – em-de-be, BDU- be-du və s. Tələffüzə yatmayan mürəkkəb ixtisarlar yalnız bütöv sözlərlə oxunur. Məsələn: Azərb. YSN – Azərbaycan Yüngül Sənaye Nazirliyi, ARSN — Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və s.

Mürəkkəb ixtisarlara qoşulan şəkilçilər həmin sözlərin son saitinin ahənginə uyğun olaraq yazılır. Məsələn: MDB- də, ATS-də, ASEAN-da, ATƏT-in və s.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.