Print

Natiqlik sənəti

103 Bəyənmə 2 Şərh

Natiqlik sənəti dedikdə professional fəaliyyət sahəsi başa düşülür, digər bir tərəfdən isə həmin fəaliyyət sahəsindən danışam elm – ritorika nəzərdə tutulur.

Nitqi mövcud ədəbi normalara uyğun (düzgün) olmaqla yanaşı, həm də dəqiq və gözəl, ifadəli olan adamlar natiq  adlanırlar. 

Natiqlik müəyyən peşəkarlıq tələb edən sənətdir.

Natiqlik sənətinə verilən əsas tələblər aşağıdakılardan ibarətdir:

  1. Düzgün, dəqiq,  gözəl və ifadəli danışmaq;

2. Auditoriyanın səviyyəsini nəzərə almaq, yəni auditoriy üçün anlaşıqlı olmaq;

3. Nitqin  intonasiyasına, ritminə fikir vermak və həmin ritmin tələblərinə uyğun bədən, baş və əl-qol hərəkətləri etmək;

4. Mümkün qədər qısa, yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq;

5. Nitqə əvvəlcədən hazırlıqlı olmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.

Natiqlik sənəti qədim tarixə malikdir. Qədim dünyanın, xüsusən antik dövrün yetirdiyi görkəmli natiqlər bu sənətlə dərindən məşğul  olmuş, tam bir elmi -nəzəri sistem hazırlamışlar. Platon, Aristotel …. antik dövrün ən görkəmli natiqləri olmuşlar.

Azərbaycanda əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş,  bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmişdir.

Natiqliyin bir neçə sahəsi var;

  1. Bədii natiqlik
  2. Akademik natiqlik
  3. Siyasi natiqlik
  4. İnzibati- idarə natiqliyi
  5. İşgüzar natiqlik

Natiqlik sənətinin mühüm şərtlərindən biri də jestlər və mimikadir.

Jestlərdən nitqin intonasiyasına, ritminə uyğun şəkildə istifadə edilir. Jestlər nitqin təsirliliyini artırır, onu emosionallaşdırır.

Yerli- yersiz əl-qol hərəkətlərindən istifadə etmək nitqin təsirliliyini artırmaq əvəzinə, azalda bilər.

Bütün natiqlər eyni bir jest formasından istifadə edə bilməz. Hər bir natiqin özünəməxsus jest üslubu var.

Nitq prosesi zamanı üz əzələlərinin  mənalı hərəkəti  (təəccüb, narazılıq, ehtiram, sevinc və s. müxtəlif emosiyalar ifadə etməsi) mimika adlanır. 

Danışarkən üzü hərəkətsiz saxlamaq mümkün deyil, əlbəttə ki, mimika nitqi aydın başa düşməkdə mühüm rol oynayır.

Mimikanın köməkliyi ilə natiq öz  nitqinə müəyyən emosionallıq bəxş edir, nitqinə müəyyən çalarlar gətirir.

Jestlə mimika vahid  psixofizioloji akt olub, mükəmməl  nitqdə bir – birini tamamlayır. Şifahi ədəbi dili bunlarsız təsəvvür etmək mümkün deyil.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.6/5 - (32 votes)

Digər maraqlı məqalələrimiz

loading...

2 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: