Print

Nitq etiketləri.

Bəyənmək Şərh yazmaq

Ünsiyyet zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. ifadə formalarına nitq etiketləri deyilir. 

Ünsiyyət prosesi zamanı rtiklərə əməl olunması mədəniyyətin göstəricisi hesab olunur. Nitq etiketlərinin aşağıdakı növləri vardır:

  1. Müraciət etiketleri. Müsahib yaşca böyükdürsə, ortada tanışlıq yoxdursa, ona «siz» deyə müraciət olunur. Bu, çox qədim adətdir. Hələ Mahmud Qasğarı XI əsrdə «Divanu  lüğətit-türk» də bildiririrdi ki, türklər özlərindən yaşca böyüklərə siz, kiçiklərə isə sən deyə müraciət edirlər. Bu qayda hər bir müraciət formasında gözlənilir. Məsələn, bağışlayın, buyurun, əyləşin, lütfən sözünüzə davam edin və s. Bundan başqa, dilimizdə Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Əmi! Dayı! Əzizim!  Qadası! Dərdin alım! Başına dönüm! və s. kimi müraciət formaları da vardır.  Müraciət etiketlıri iki cür olur: rəsmi (Cənab  prezident! Hörmətli hakim! ) və  s.
  2. Görüşmə etiketləri: Salam! Salam – əleyküm! Əleyküm – salam! 
  3. Ayrılma etiketləri: Xudahafiz! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında!
  4. Təbrik etiketləri: Təbrik edirəm! Gözünüz aydın! Mübarəkdir! Mübarək olsun! və s. Bunlardan başqa, nitq etiketləri sırasına alqışlar, qarğışlar və söyüşlər də daxildir.

Alqışlar: Allah sizə kömək olsun! və s

Qarğışlar: Allah öldürsün! Allah evini yıxsın! Gözün tökülsün! və s. 

Söyüşlər: Səni yerə girəsən! Üzünə tüpeürüm! Başına daş düşsün! və s.

Elə nitq etiketləri vardır ki, əsrlər, minilliklər boyu sabit qalır, elələri də vardır ki, müəyyən dövrdə, mərhələdə işlənib sonra ünsiyyətsən çıxır. Məsələn, son illərə qədər fəal işlənən Yoldaş! Vətəndaş! müraciət formalarıı artıq qeyri-fəaldır. Halbuki son illərə qədər, demək olar ki, işlənməyən cənab sözü artıq geniş miqyasda yayılmışdır.

Nitq etiketlərindən yerli – yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibət yardır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: