Print

Universitet qəbulunda tapmaca

4 Bəyənmə Şərh yazmaq

Sovet dönəmində belə bir şayə var idi ki, bu tapmacanı tapan abiturient universitetə imtahansız qəbul olunurdu. Düzdü, bu faktla bağlı mən heçbir sübut tapa bilmədim, lakin ilk dəfə azərbaycan dilində tapmacanı sizinlə paylaşıram.

Çalışın cavablara baxmadan bütün suallara cavab tapın.

Suallar:

  1. Bu düşərgədə neçə turist yaşayır?
  2. Onlar bura haçan gəliblər: bugün yoxsa bir neçə gün əvvəl?
  3. Onlar bura nə ilə gəliblər?
  4. Ən yaxın kənd düşərgədən çox mu uzaqdadır?
  5. Külək hansı istiqamətdən əsir: şimaldan yoxsa cənubdan?
  6. İndi günün hansı vaxtıdır?
  7. Şura hara gedib?
  8. Kim dünən növbətçi idi? (Növbətçi olanın adını deyin.)
  9. Şəklə baxaraq ayı və ayın gününü tapmağa çalışın!

Cavablar

Açmaq üçün klik edin

  1. 4 turist. 4 qaşıq və boşqablar.
  2. bir neçə gün əvvəl. Çadırın üzərindəki hörümçək toru.
  3. qayıqla gəliblər. Avarlar ağacın yanındadır.
  4. yaxınlıqdadır. Bu şəkildə toyuq görsənir.
  5. cənubdan. Çadırın üzərindəki bayraq bizə küləyin hansı istiqamətə əsdiyini bildirir. Lakin istiqamətin adını düzgün tapmaq üçün şam ağacının budaqlarına fikir verin. Cənuba nisbətən şimal istiqamətində budaqlar hər zaman qısa olur.
  6. səhər. Əvvəlki cavabı istifadə edərək biz Şimal və Cənubu tapdıq. Nəticə etibarı ilə Şərq və Qərbidə bilmiş oluruq. Aşpazdan düşən kölgəyə nəzər salsaq, o zaman günəşin şərqdə çıxdığını yəgin edirik. Nəticədə şəkildə səhər çağıdır.
  7. kəpənək tutur. Kolların arxasında əl toru görünür.
  8. Kolya. Şura kəpənək tutmaqla məşğuldur, Kolya öz çantasında eşələnir,  Vasya ilə şəkil çəkir. Deməli Petya bu gün  növbətçidir, dünən isə Kolyadır. Bunu isə biz ağacın üzərindəki löhvəcikdə görürük.
  9. 8 avqust. Petya bugün növbətçi olduğu üçün ayın 8-dir. Sərilmiş süfrədə arbuz olduğu üçün məlum olur ki Avqust ayıdır.

Bütün fikirlərinizi şərhdə gözləyirəm. Müzakirə etmək üçün olduqça bol sualllar yaranacaq.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Universitet qəbulunda tapmaca
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: