
Dilin üslublarını, ümumiyyətlə, üslubi imkanlarını öyrənən elməüslubiyyat deyilir.
Üslubbiyyatın əsas vahidi üslubdur. Üslub üslubiyyata nisbətən geniş anlayışdır. Üslubiyyat dilçilik terminidir, üslub isə ədəbiyyatda, incəsənətdə və başqa sahərələrdə işlənir.Üslub dil vasirələribdən məqsədyönlü istifadə üsuludur. Dil vahidlərindən məqsədyönlü istifadə iki formada özünü göstərir: funksional üslublar, fərdi üslub.
Ümumi, yaxud ictimai baxımdan dil vahidlərindən istifadə zamanı isə fərdi üslub meydana çıxır.
Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir. Məsələn, bədil təfəkkürün tələbi ilə bədii üslub, elmi təfəkkürün tələbi ilə elmi üslub, publisistik təfəkkürün tələbi ilə publisistik üslub və s. müəyyənləşir. Bu üslubların hər birinin cəmiyyətdə özünəməxsus funksiysı var. Həmin funksiyalarına görə də bit-birindən fərqlənirlər. Funksional üslublar- bədii, elmi, publisistik və s. birlikdə ədəbi dili təşkil edir . Funksional üslublar ( bədii, elmi, publisistik, rəsmi -işgüzar, məişət) bir – birindən fərqləndiyi kimi, onları birləşdirən cəhətlər də var. Bu üslublar
ədəbi dilin fonətik, leksik və qrammatik normalarına tabedir. Yəni ədəbi dilin normalarına üslub daşıyıcıları – yazıçı, jurnalist, məmuar, alim və s. əməl etməlidir.
Məsələn, hər hansısa söz bədii üslubda necə yazılır, yaxud tələffüz edilirsə, elmi, publisistik və s. üslublarda da o cür yazılır, yaxud tələffüz edilir. Ancaq bəzi xüsusi normalar da vardır ki, onlar sadəcə bir üsluba aiddir: cümlə üzvlərinin sırasının sərbəstliyi, yəni inversiya bədii üslub üçün, şərti işarələrdən, formallardan istifadə isə elmi üslub üçün xarakterikdir.
Hər bir inkişaf etmiş dildə biri digərini tamamlayan iki tendensiya olur:
- İctimai təfəkkürdə diferensiasiya (ixtisaslaşma) prosesi gedir. Bu proses funksional üslubların yaranmasına, birbirindən fərqlənməsinə gətirib çixarır.
- İctimai təfəkkürdə inteqrasiya, yəni insanların maraq dairəsinin genişlənməsi prosesi gedir. İnteqrasiya prosesi funksional üslubların bir – birinə yaxınlaşmasına təsir göstərir.
Fərdi üslub funksional üslublardan fərülənir və xüsusi səciyyə daşıyır. Əsasən, bir şəxsə aid olur. Məsələn, Füzuli üslubu, Mirzə Cəlil və s. Ferdi üslub bəzi hallarda dil xüsusiyyətlərini ümumilikdə daşıyan bir qrupa da aid olur. Məsələn, mollanəsrəddinçilərin üslubu, füyuzatçıların üslubu və s.
Fərdi üslub funksional üslublar sisteminə aid deyil, ayrı -ayrı üslublarda özünü göstərir. Ferdi üslub təzahürünə ən çox imkan yaradan funksional üslub bədii üslubdur. Fərdi üslub təzahürünə rəsmi-işgüzar üslubda, demək olar ki, yer verilmir.
Üslub dilin üslubi imkanlarının təzahürüdür. Dilin üslubi imkanları həmfunksional üslublarda, həm də fərdi üslublarda özünü göstərir. Bu imkanların genişliyi dilin zənginliyindən xəbər verir.