- Language Mag - https://language.az -

Azərbaycan ədəbi dilinin üslubları.

Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır:

  1. Bədii üslub
  2. Elmi üslub
  3. Publisistik üslub
  4. Məişət üslubu
  5. Rəsmi- işgüzar üslub

Funksional üslublar mili ictimai təfəkkürümüzün əsas sahələrini əhatə edir. Hər bir üslubun özünəməxsus dil vasitələri, vahidləri, tarixi inkişaf prosesləri vardır. Məhz həmin əlamətlər üslubları bir-birindən ayırır.

Azərbaycan ədəbi dilinin üslublarını bir- birindən fərqləndirən cəhətlər olduğu kimi, onları birləşdirən cəhətlər də vardır. Bu üslublar ədəbi dilin fonetik, leksik və qrammatik normalarına tabedir.

Azərbaycan ədəbi dilinin funksional üslubları öz inkişaf səviyyəsinə, mükəmməlliyinə, müasir dünya təfəkkürünü ifadə etmək imkanlarına görə də bir-birindən  fərqlənirlər. Azərbaycan dili yüzillər boyu daha çox şeir dili kimi inkişaf etmiş, bu dildə dünya şöhrətli poeziya nümunələri yaranmışdır. Ədəbi dilin  bədii üslubu mükəmməlliyi, tarixiliyi ilə seçilir.

Azərbaycan alimləri istər  orta əsrlərdə, istərsə də sonralar əsərlərini, əsasən, beynəlxalq dillərdə, istersə  də sonralar  əsərlərin, əsasən, beynəlxalq dillərdə yazdıqlarına görə, Azərbaycan dilinin elmi üslubu  bədii, yaxud  publisistik üslub qədər geniş  istifadə imkanları qazanmamışdır. Bunun  bir səbəbi də elmin, intellektin beynəlmiləçi xarakteri ilə bağlıdır.

Mətbuatın əsasının qoyulması ilə publisistik üslub  yaranmış və inkişaf etmişdir. Yeni dövrdə  ədəbiyyatın digər növlərində gözəl əsərlər yazılmış, Azərbaycan dilinin publisistik üslubu formalaşıb zənginləşmişdir.

Ədəbi dildə mövcud olan üslublardan biri də məişət dili, məişət üslubudur. O zamanlar xalqın ünsiyyət saxladığı dilin özü bu gün məişət dili kimi qavradığımız nitqdir. Rəsmi – işgüzar üsluba gəldildə isə bu, milli dövlətçilik, idarəçilik təcrübəsi olan yerdə formalaşır. Azərbaycan ədəbi dilinin həmin üslubu bütün funksional üslublardan geri qalmışdı.

Müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsi ilə

rəsmi-işgüzar üslub yüksək sürəilə inkişaf etməkdədir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.1/5 - (9 votes)